Düşmən məhv edildi, budur olan əsas. Şəhid! Rahat uyu, alındı QİSAS.

2022-08-18 Baxış: 677
img
İllərdir erməni vəhşilikləri öz acı xatirələri ilə yaddaşlarda iz buraxmışdır. 

Azərbaycan hər zaman digər ölkələrə qarşı öz humanistliyini göstərmiş və bu humanislik qonşu ölkələr üçün daha yüksək səviyyədə nümayiş etdirilmişdir. Erməni qəsbkarları isə bu humanistlikdən daim sui-istifadə edərək, öz xain xislətlərini göstərmişlər.

Onlar hər zaman Azərbaycanın onlara qarşı etdiyi humanist, müsbət yönlü addıma əks paralel qarşılıq vermişlər.

Bu səbəbdəndir ki, onlar Azərbaycana qarşı dəfələrlə vəhşiliklər etmiş, öz xain xislətlərini bütün dünyaya bəyan etmişlər.

Ötən əsrin əvvəllərindən Erməni qəsbkarları ölkəmizə qarşı terror əməliyyatları, vəhşiliklər etmiş və bunu daha böyük şəkildə- 1990-cı illərdə edərək Azərbaycanın dinc sakinlərinə amansızlıq göstərərək onlara qarşı vəhşiliklər etmiş, işgəncələr vermiş, öz torpaqlarından didərgin salmışlar.

Azərbaycan ordusu onların dəfələrlə layiqli cavabını vermişdir. Buna nümunə olaraq 2016-cı ildə baş tutan aprel döyüşlərini deyə bilərik. Hansı ki, əsgərlərimizin gücü, böyük vətənpərlik ruhu sayəsində düşmənə böyük zərbələr vurulmuş və torpaqlarımızın bir hissəsi geri alınmışdır. 

Daha sonra Erməni qəsbkarlarının törətdiyi növbəti təxribat əməllərinə cavab olaraq 2018-ci ildə baş tutan əməliyyatda da həmçinin düşmən üçün unudulmaz bir əks-hücum döyüşü olmuşdur.

Mənfur düşmən bir daha 2020-ci ildə öz terrorçu əməllərindən istifadə etməyə başlamış və Azərbaycan ordusuna gücünün yetməyəcəyini anlayaraq, yenidən dinc əhaliyə qarşı terrorlar törətməyə başlamışdır. Bu dəfə isə ordumuzun cavabı çox gecikməmiş və Ali baş komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün ərzində düşmən dədə-baba torpaqlarımızdan iti qovan kimi qovulmuşdur. Məhz qovulmuşdur ona görə ki, onlar Azərbaycan ordusunun gücündən, iradəsindən qorxaraq öz silah-sursatlarını, hətta döyüş yoldaşlarını belə orada qoyaraq qaçmışlar. Azərbaycan əzəli torpaqlarına geri dönərək, 28 ildən sonra Qarabağa yenidən qayıtmışdır.

Bu dəfə düşmənə heç vaxt unuda bilməyəcəyi dərs verilmişdi. Onlar dəmir yumruq zərbəsi altında əzilmişdi. 

Düşmən son dəfə bir daha 2022-ci ilin Avqust ayının 2-də təxribatlar törətmişdir. Nəticədə cəsur əsgərimiz, müddətli hərbi qulluqçumuz Anar Kazımov şəhid olmuşdur.

Şəhidimizin QİSASını almaq məqsədilə ordumuz dərhal əks hücum əməliyyatı həyata keçirərək düşmənin onlarla şəxsi heyətini məhv etmiş, silah sursatını ələ keçirmişdir. Bundan əlavə Qırxqız, Sarıbaba yüksəkliyi və Buzluq dağı kimi tarixi və əhəmiyyətli ərazilər ordumuzun tam nəzarəti altına keçmişdir.

Düşmənin daim layiqi cavabı verilmiş və hal-hazırda da verilməkdədir. Amma Azərbaycan ordusu istər sülh, istərsə də müharibə dövründə dinc əhaliyə qarşı heç bir zor tətbiq etməmiş, təzyiq göstərməmişdir.

Düşmən ölkənin xalqına qarşı əksinə müharibə dövründə belə Azərbaycan öz humanistliyini göstərmişdir. Bunun nəticəsidir ki, 2020-ci ildə atəşkəs dövründən sonra tarixi torpaqlarımız olan Qarabağ ətrafı bölgələrdən Erməni xalqının çıxması üçün təxminən 1 ay vaxt verilmişdir, eyni zamanda Avqustun 5-i tarixində Ermənilər Laçın rayonunun Zabux və Sus kəndini boşaltmalı olmasına baxmayaraq Prezident İlham Əliyev onlara bir daha humanistliyimizi göstərərək əlavə 20 gün də vaxt verməyi təsdiqləmişdir. Lakin onlar bir daha öz xain xislətlərini göstərərək evlərinə və Laçın meşələrinə od vurmağa başlamışlar.

Amma hər nə olur olsun biz öz tarixi torpaqlarımıza Zabuxa, Susa geri dönəcəyik!

Azərbaycan ordusu düşmənə daim öz gücünü göstərmiş və onlara unutmayacağı bir dərs vermişdir. Ali baş komandan İlham Əliyevin də dediyi ki, dəmir yumruq yerindədir və daim onların başını əzməyə qadirdir.

Son olaraq Atalarımızın bir sözünü xatırlatmaq istərdim:

" QİSAS qiyamətə qalmaz!". Rahat yat Şəhid, Qisasın alındı.

Rəvan Nəcəfov ,
Yeni Azərbaycan Partiyasının fəal gənci