Neftçalada ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib

2022-09-03 Baxış: 794
img

Hadisə rayonun Aşağı Surra kəndində baş verib.

MAYAKİNFO xəbər verir ki, 56 BA 651 dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilin sürücüsü hərəkətdə olarkən qəfil idarəetməni itirib və əvvəlcə yol kənarında dayanan KİA Optima markalı avtomobillə toqquşub, daha sonra isə avtoyuma məntəqəsinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - rayonun Xıllı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Əhmədova Mədinə Məhəmməd qızı, 2003 - cür il təvəllüdlü Məmmədova Nərmin Aqşin qızı və 2005-ci il təvəllüdlü Məmmədova Ləman Aqşin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yeləşdirilməyinə baxmayaraq xəsarət alanlardan Məmmədova Ləman Aqşin qızının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.