Ölkə başçısı cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirak etməsi hər iki müttəfiq ölkələr arasında olan münasibətlərin inkişafında yeni mərhələ açdı.

2022-09-06 Baxış: 243
img

Beynəlxalq münasibətlər tarixinə nəzər salsaq görəcəyik ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli qarşılıqlı münasibətlərin tarixi möhkəm əsaslara dayanır. Sarsılmaz təməl üzərində bərqərar olan bu münasibətlər hər iki müttəfiq dövlətin həm milli mənafelərinə, həm də müstəqil dövlətlər olaraq strateji maraqlarına tam cavab verir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə balanslaşdırılmış, müstəqil xarici siyasət yürüdür. İtaliya ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlığa dair sənədə əsasən İtaliya Avropa dövlətləri arasında Azərbaycanla həm ticari, həm də xammal ixracatı tərəfdaşlığı olan ölkələr arasında öncül sıralardadır. Xüsusi vurğulamalıdır ki, Azərbaycan İtaliyanın neft idxal edən ölkələri arasında birinci yerdə dayanır. Bu gün, dünya dövlətləri arasında etibarlı enerji ixracatçısı kimi tannınan Azərbaycanın həm də təbii qaz ehtiyatlarına olan təlabat durmadan artmaqdadır. Azərbaycandan  il yarım ərzində ümumilikdə Avropa ölkələrinə 13,5 milyard kubmetr qaz  nəql edilmişdir ki, bunun da 11,7 milyard kubmetri məhz İtaliyanın payına düşür. Əlbəttə bu rəqəm çox böyük rəqəmdir, həm də bu rəqəm Azərbaycan və İtaliya arasında mövcud iqtisadi və siyasi münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin əyani göstəricisidir. Ölkə başçısı cənab İlham Əliyevin sentyabr ayının 2-də İtaliyaya növbəti səfəri və səfər zamanı bir çox qarşılıqlı əməkdaşlıq sahəsində mühüm sənədlərin imzalanması mövcud əlaqələrin, strateji tərəfdaşlıq sahəsində qurulan münasibətlərin daha da inkişaf edəcəyinə böyük ümidlər yaradır. Bu gün Avropa İttifaqı üzü də təsdiq edir ki, Azərbaycan bu gün qitənin enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaşlardan birincisidir. Artıq çox böyük sevinc hissi ilə qeyd edə bilərik ki, Azərbaycan bu gün elektrik enerjisinin, bərpa olunan enerji resurslarının Avropaya nəql edilməsi üzərində müvafiq işlər aparır. Hazırda Avropa dövlətləri üçün Azərbaycanın mövcud təbii potensialı bərpa olunan enerji sahəsinə kapital-investisiya qoyuluşu üçün ən əlverişli regionlardan hesab edilə bilər. Fikirlərimin sonunda bir mühüm məqamı da qeyd etmək istəyərdim ki, İtaliya istər torpaqlarımızın 30 ilə yaxın bir dövrdə işğalda qaldığı zamanlarda, istərsə də Vətən Müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ona daim sadiq qalan dost ölkələrdən biri olub.

 

Filarə İsmayılova;

Neftçala rayon ziyalısı, şəhid anası