Səbail rayonunda soyğunçuluqla məşğul olan Neftçala rayon sakini tutulub

2022-09-08 Baxış: 516
img

Paytaxtda soyğunçuluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə Bakı şəhər sakini P.Məmmədovun içərisində 350 manat pul olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Fərid Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı təhqiqat davam edir.