Neftçalada avtomobil yanıb.

2022-09-10 Baxış: 606
img

Hadisə saat 12:30 radələrində rayonun Astanlı kəndi ərazisində qeydə alınıb.

MAYAKİNFO xəbər verir ki, 1978-ci il təvəllüdlü Neftçala şəhər sakini Hüseynov Ədalət Qəhraman oğlu özünə məxsus 99 UH 716 dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobillə hərəkətdə olarkən  matorxanadakı naqillərin qısaqapanması nəticəsində yanğın baş verib. Hadisə nəticəsində avtomobilin matorxanasının bir hissəsi yanıb. Yanğın yaxınlıqdakı insanların köməkliyi ilə söndürülüb. Xəsarət alan olmayıb .