Neftçala rayonunun Qaçaqkənd və Qırmızıkənd kəndlərində kənd ağsaqqalları ilə görüş keçirilib.

2022-09-26 Baxış: 380
img
Neftçala rayon icra hakimiyyəti, YAP Neftçala rayon təşkilatı və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə Qaçaqkənd və Qırmızıkənd kənd inzibati ərazi dairələrinə daxil olan kəndlərdə Ağsaqqallar Şurasının dayaq məntəqəsinin yaradılması barədə kənd ağsaqqalları ilə müzakirələr aparıldı. Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev çıxış edərək yerlərdə dayaq məntəqələrinin yaradılmasının vacibliyindən və əhəmiyyətindən danışdı. Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev öz çıxışında ağsaqqalların ölkəmizin, rayonumuzun ictimai-siyasi həyatındakı fəaliyyətindən bəhs etmişdir. YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev rayonun kəndlərində dünyada və ölkəmizdə baş verən siyasi prosesləri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti düzgün şərh edə bilən, rayonumuzda aparılan abadlıq quruculuq işləri barədə əhaliyə mütəmadi məlumatlar verən kənd ziyalılarının, ağsaqqallarının bir yerdə müzakirələr apara biləcəyi dayaq məntəqələrinin yaradılmasının əhəmiyyətini xüsusi vurğuladı. Ülvi Fərzəliyev kənd ərazisində yaşayan uşaq və gənclərin Azərbaycan xalqının tarixinə və mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, kəndlərdə keçirilən tədbirlərdə gənclərin iştirakının təmin edilməsi işində ağsaqqalların rolunun vacibliyini qeyd etdi. Daha sonra kənd ağsaqqalları danışaraq daima dövlət və dövlətçiliyə sadiq olduqlarını , Prezident İlham Əliyevin apardığı siyasəti hər zaman dəstəklədiklərini, hər zaman rayonun və kəndin ictimai -siyasi işlərində yaxından iştirak etmək üçün hazır olduqlarını bildirdilər.