Azərbaycanın təsdiq edilmiş qaz ehtiyyatları 2,6 trilyon kubmetrdir

2022-10-07 Baxış: 233
img

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur.90-cı illərdə respublikada hasil olunan (1998-ci ildə 5589,5 min m³) qaz onun ehtiyaclarından aşağı miqdarda idi. Yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi.

Yerüstü və yeraltı sərvətlərlə zəngin Azərbaycan bu təbii ehtiyatlardan səmərəli şəkildi istifadə edərək öz gələcəyini qaranti altına alır. Enerji təhlükəsizliyi hər bir dövlətin ilkin məsələlərindən biridir. Bu baxımdan ölkəmiz daim ideal qaz istehsalçısı olmuşdur. Azərbaycanın qaz imkanları genişdir. Cənub Qaz Dəhlizi layihəsi ən önəmli layihələrdən birinə çevrilmişdir.

         Azərbaycan Respublikasının dünya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu da Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bilavasitə nəticəsidir. Bu gün nəinki regionda, dünyada böyük iqtisadi potensiala malik ölkə kimi səciyyələndirilən Azərbaycana maraq daha da artıb. Avropa və dünyanın digər ölkələri Azərbaycanla iqtisadi əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə ehtiyac duyurlar. Son illərdə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına olan maraq durmadan artır. Qarşılıqlı əməkdaşlığın inkişafına həsr olunmuş beynəlxalq məclislərdə dövlət başçımızın məruzə və çıxışlarında, jurnalistlərə müsahibələrində, eyni zamanda, bağlanmış müqavilələrdə bu məsələlər aydın ifadəsini tapıb.

         Hazırda Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. İşlənmiş yataqlar “Şahdəniz” və “Abşeron”, perspektiv yataqlar “Şəfəq-Asiman”, “Naxçıvan”, “Ümid-Babək”,  “Qarabağ”,  “Əşrəfli” yataqlarını misal çəkmək olar. Eyni zamanda, Azərbaycan "Şahdəniz" layihəsinin üçüncü mərhələsini işə salmağı planlaşdırır və bunun sayəsində 2030-cu ilə qədər yataqdan əlavə 15 milyard kubmetr qaz hasil ediləcək.

         Azərbaycan Respublikasının mənafeyini qorumaq, Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar mühüm qərarlar alınmışdır. Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komissiyasının yaradılması ilə dövlət başçısı tərəfindən sərəncam imzalanmışdır.

         Cari ilin oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlət başçısı mərasimdə çıxış edərək demişdir: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.”


Ruhəngiz Nəcəfova,


YAP Neftçala rayon təşkilatının fəal üzvü