"Ekoloji Maarifçiliyə Yardım" ictimai birliyi Neftçalada yeni layihənin icrasına başlayıb

2022-10-12 Baxış: 260
img
«Ekoloji Maarifşiliyə Yardım» İB Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən aldığı «Şagirdlərin ekoloji tərbiyəsində istehsalat  müəssisələri  ilə əlaqələrin rolu» layihəsinin icrasına başlamışdır.
İctimai birlik bu günlərdə Neftçalanın daha çox texnogen ekoloji təsirlərə məruz qalan Yeniqışlaq kənd ümumi orta məktəbinin bir qrup şagirdini  "Azər-YOD" MMC-nin mədən ərazilərinə aparmış, torpağa və ərazinin bitki aləminə dəyən ekoloji ziyanlarla bağlı məktəblilərə məlumatlar verilmişdir.
Şagirdlər tədbir zamanı zavodun su vurma məntəqələrində işin təşkilini müşahidə etmiş,yod istehsalı sexində maye və kristal yodun alınması prosesi ilə tanış olmuşlar. Zavodun mütəxəssisləri şagirdlər qarşısında çıxışlar etmişlər.