"Ekoloji Maarifçiliyə Yardım" ictimai birliyi Neftçalada layihəsini davam etdirir

2022-11-01 Baxış: 216
img

Neftçalada  fəaliyyət  göstərən  “ Ekoloji  Maarifçiliyə  yardım “ ictimai birliyi rayonda  mədən sənayesi ilə məşğul  olan Neftçala  Neft  Əməliyyat  Şirkəti  və  AZƏRYOD  MMC  ilə səmərəli  və qarşılıqlı əməşdaşlıq  şəraitində  fəaliyyət göstərir, mədən ətrafı  ərazilərdə yaşayan əhali  ərasında ekoloji  hüqüq və  ekoloji  maarifləndirmə  tədbirləri  həyata  keçirir.

      QHT gənc  nəslin  ekoloji  bilik  və dünya  görüşünün  formalaşdırmasını  da özünün prioritet  fəaliyyət  istiqamətlərindən  birinə  çevirmişdir. İB  hazirda Qeyri  Hökumət  Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyindən  aldığı  “ Şagirdlərin ekoloji  tərbiyəsində  istehsalat  müəssisələri  ilə  əlaqələrin  rolu  layihəsini  icra edir. Layihənin  gedişində  Neftçalanın  Yeniqışlaq, mirqurbanlı kənd  və  Həsənabad qəsəbə orta  məktəblərinin  hər  birindən  15 ( on beş ) nəfər  olmaqla yuxarı  sinif  şagirdi  Neftçala  Neft  Əməliyyat  Şirkəti  və  AZƏRYOD  MMC –nin  mədən  ərazilərndə  ətraf  mühitin  çirklənməsi , ərazinin  florasına  dəyən  zərərli  təsirləri  müşahidə  etmiş  onlara  texnogen  ekoloji  təsirlərin  zərərləri  haqqında  əhatəli  məlumaylar  verilmişdir.

       Məktəblilər  tədbirlərin  davamında  AZƏRYOD  MMC –nin  Yod istehsalı  sexində  adi  və  kristal  yodun alınması  prosesini  izləmiş  zavodun  laboratoriyasının  işi ilə tanış  olmuşlar. Burada  mütəxəssislər istehsalın  gedişi  ilə  yanaşı  ətraf  mühitə dəyən  ziyanlarn  azaldılması istiqamətində   son   illər  görülən  işlər  barədə  məktəblilərə  məlumatlar  vermiş  onların  suallarını  cavablandırmışlar.