Azərbaycan hər zaman Beynəlxalq hüquq və normalara sadiqdir.

2022-11-03 Baxış: 296
img

Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır. Və bu münasibətlərdə Azərbaycan hər zaman həm beynəlxaq hüquq normalarını diqqətdə saxlamış, onlara əməl etmiş və digərlərini də buna dəvət etmişdir. Lakin təəssüf ki, beynəlxalq münasibətlər zamanı heç də bütün dövlətlər və Beynəlxalq təşkilatlar bu normalara əməl etmirlər. Bu məsuliyyətsizlikdən də hər zaman biz bir dövlət kimi əziyyət çəkmişik. Təsadüfi deyil ki, Azərbaycan dövləti öz işğal altında olan toroaqlarını sülh yolu ilə, Beynəlxalq Təşkilatların vasitəsilə uzun müddət geri qaytarmaq üçün mücadilə versə də bu mümkün olmadı. Əslində biz bunu bilirdik, lakin səbr nümayiş etdirib bunu bütün dünyaya da göstərmək lazım idi. Beynəlxalq təşkilatların və vasitəçi dövlətlərin ikili standartlardan yanaşması səbəbindən danışıqlar prosesi heç bir nəticə vermədiyi üçün Azərbaycan dövləti məcbur qalaraq hərb yolu ilə torpaqlarını işğaldan azad etmək yolunu seçdi və bunu bacardıda. 44 gün ərzində Azərbaycan dövləti BMT- nin qətnamələrini yerinə yetirdi. Müharibə dövründə və ondan sonrakı dövrdə də Ermənistan hökuməti beynəlxalq məsuliyyətsizliyini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibənin gedişində 2020-ci il oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsi zamanı dab u məsələləri qabardaraq demişdi ki, “Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır.  İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.

 Cənab Prezident haqlı olaraq dəfələrlə  qeyd etmişdir ki, nə BMT, nə də digər beynəlxalq təşkilatlar məsələnin həlli ilə bağlı effektif heç bir addım atmayıb. Yalnız danışıqlar və turistik gediş-gəlişlərin şahidi olmuşuq. O, BMT-nin və digər təşkilatların verdiyi qərarların yalnız kağız üzərində qaldığını bildirib. Cənab Prezident əslində BMT-nin icra etməli olduğu qərarların Azərbaycanın özü tərəfindən yerinə yetirildiyini bütün tribunalardan deyib. Cənab Prezident müharibə və ondan sonrakı dönəmdə bəzi dövlətlər tərəfindən təzyiqlərin olmasına baxmayaraq bundan sonra da Azərbaycanın beynəlxalq prinsip və normalara sadiq qalacağını və bu istiqamətdə işləri davam etdirəcəyini dəfələrlə qeyd edib.  Son günlərdə Soçi səfəri zamanı da cənab prezidentimiz eyni mövqeyi sərgiləmişdir.  O, münasibətlərin normallaşması prosesinə münasibət bildirərkən qeyd etmişdir ki, “Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.

Vüqar Dadaşov,

YAP Neftçala rayon təşkilatının sədr müavini