Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

2022-11-05 Baxış: 240
img

Azərbaycanın bol sərvətli torpaqlarına qənim kəsilənlərin işğalçılıq siyasəti  əsrlərlə davam etmiş,Azərbaycan torpaqlarından qarış-qarış oğurlayıb özünküləşdirmişdilər.Zəbt olunmuş torpaqlarımızda  düşmən dinc əhalinin var-dövləti əlindən alınmış,özlərinə divan tutulmuş,soyqırımlar törətmişdilər. Qarabağın qaçqın,köçgün dinc əhalisi  isə sağlamlıqlarını itirərək  elindən-obasından,evindən-eşiyindən didərgin düşmüşdür.Birinci Qarabağ müharibəsində erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün  daha da azğınlaşmış, himayədarlarının köməyi ilə  dünyada görünməmiş vəhşiliklər etmiş,qətllər törətmişlər. Azərbaycanlıların qanına susamış,körpə uşaqlara,köməksiz qocalara belə rəhm etməmişdilər. Ermənilərin 30 il qanunsuz işğal etdiyi ərazilərimizdə evlər talan olunmuş, yandırılmış, dağıdılmışdır. Qəbirstanlıqlarda gor eşən ermənilər qəbirləri eşib sərvət toplamağa,az gözlərini doydurmağa çalışmışdılar.Qəbirlər,məscidlər təhqir edilmişdir.Ərazilərimizin adları dəyişdirilmiş,”Böyük Ermənistan” yaratmaq xülyasını vandalizmlə həyata keçirməyə çalışmışdılar.Nankor qonşumuz ermənilər  tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləmişdir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmuş və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, bu əraziləri daim işğalda saxlamaq istəmişdilər.  Azərbaycanın dövlətlər səviyyəsində aparılan danışıqları nəticəsiz qalmış,heç bir qurumlar əməli iş görə bilməmişdilər. Azərbaycan dövləti sülh yolu ilə torpaqlarının geri alınmasının mümkünsüzlüyünü görüncə odru  yaratmaq siyasətini gücləndirdi,silah-sursat istehsalına başladı, hərbi mütəxəssislər yetişdirdi.Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev bu yolda  güclü siyasi xətti ilə,bacarıqlı idarəediciliyi ilə Azərbaycanı ayağa qaldırdı,xalqını “Dəmir yumruq”kimi birləşdirdi. Müzəffər Ali Baş Komandan Rəşadətli Azərbaycan Ordusunun gücünə,əsgər və zabitlərinin cəsurluğuna ,döyüş taktikasına,qələbə qazanacağına  əmin idi.  Ordu quruculuğu məhz Böyük Sərkərdə İlham Əliyevin məqsədyönlü şəkildə apardığı  siyasətin tərkib hissəsidir. Vətən həsrətli Azərbaycan xalqı Prezidentinə,Ordusuna dəstək olaraq  qələbəyə doğru addımladı.Böyük Sərkərdə İlham Əliyevin düşünülmüş hər addımı,hər əmri qələbə sorağının yaxın zamanda olacağından xəbər verirdi.Bu ruh yüksəkliyi ilə Vətən uğrunda  döyüşə gedən igid,cəsur döyüşçülərimiz şəhid olsalar da, Vətən torpağını qanları ilə suvardılar,torpaqlarımıza can verdilər,44 günlük ikinci Vətən müharibəsini dünyada görünməmiş döyüş taktikası ilə başa vuraraq Zəfərə gedən yolun qələbə sorağını Azərbaycan dövlətinin mədəniyyət  beşiyi qədim  Şuşada tamamladılar. 8 Noyabrda  Şuşa azad olundu.Qələbə bizim oldu.İlham Əliyev siyasətinin nəticəsidir ki,Azərbaycan öz haqq savaşında zəfər çaldı. Böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Şanlı Qələbə bütün dünya azərbaycanlılarına  sevinc göz yaşları ilə həsrətində olduqları torpaqlarımıza qovuşacağı günü reallaşdırdı.Azərbaycanın Müzəffər Prezidenti,Rəşadətli Ordusu Qarabağ torpaqlarını 44 günlük aktiv müharibə, 20 günlük isə siyasi-diplomatik vasitələrlə, cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm Zəfər tarixi yazdı: “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”. Cənab Prezident İlham Əliyev  çıxışlarında söyləmişdir ki,Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır, yenidənqurma prosesi çərçivəsində Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında  “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından  davamlı istifadə olunacaqdır. Xalqımız böyük layihələrin,quruculuq işlərinin tamamlanması  yolunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmr və sərəncamlarına layiqincə əməl edərək  Qalib Azərbaycan adını daimi yaşadacaqdır.

Elmira Tağıyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü, ziyalı