Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb.

2022-11-09 Baxış: 327
img

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir. Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində  hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ermənistan 44 günlük Vətən müharibəsi nəticəsində, demək olar ki, ordusuz qaldı. Ən əsası illərlə Ermənistan cəmiyyətində şişirdilmiş saxta miflər havaya uçdu. Müharibə zamanı Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdi. Əslində, onlar ən düzgün addımı atdılar. Öz siyasi ambisiyalarını təmin etməkdən ötrü hərbçiləri labüd ölümə göndərənlərin iradəsinə tabe olmaq istəmədilər. Azərbaycan Ordusunda isə 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Azərbaycanın hər bir əsgər və zabiti sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə canı-qanı ilə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir. Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Xalqımız 30 ilə yaxın gözlədiyi Qələbənin sevincini yaşayır. İki ildir bayramlarımız sırasına  daha bir möhtəşəm tarixi gün əlavə olunub-Zəfər Günü. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı Şuşamızın işğaldan azad edildiyi tarix-8 Noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edildi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə imzalanan Sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlətimizin qətiyyəti, Azərbaycan xalqının əzmi,  iradəsi, iqtisadi qüdrəti, müasir ordu quruculuğu və Prezident-xalq birliyi İkinci Qarabağ müharibəsində Qələbəmizi  təmin edən mühüm amillər oldu. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Bir daha sübut olundu ki, tarixi ədalətə, real faktlara əsaslanan siyasət qalib olur. Ermənilər illərdir himayədarlarının dəstəyi ilə tarixi saxtalaşdırmağa çalışsalar da sonda yenə də sözünü deyən tarixi faktlar oldu. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə uğurla başa vurdu. Bugün Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi göstərişi ilə işğaldan azad olunan ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Çevik və dinamik şəkildə icra olunan layihələr, genişmiqiyaslı işlər “Böyük Qayıdış”ın başlanığıcıdır. Bütün proseslər onu göstərir ki, yaxın gələcəkdə azad olunan doğma ərazilərdə vətəndaşlarımız əbədi olaraq təhlükəsiz şəraitdə yaşayacaqdır!


Ruslan Babayev,


YAP Neftçala rayon təşkilatının fəal üzvü