Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən zirvə toplantısında iştirakı dövlət başçımıza olan hörmətin, eləcə də onun beynəxalq aləmdə olan nüfuzunun ifadəsidir.

2022-11-09 Baxış: 391
img

Azərbycan ərəb dövlətləri ilə həm iki tərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində təmasların dərinləşdirilməsində maraqlı ölkədir. Azərbaycan ərəb dünyasının haqlı işini həmişə dəstəkləyir. Məsələn,ölkəmiz İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmasında iki dövlət prinsipi üzrə eləcə də müvafiq BMT qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Prezidentin Zirvə toplantısındakı çıxışı yeni qlobal düzəndə Azərbaycanın yerinə o cümlədən postmuharibə mərhəısində Cənubi Qafqazdakı yeni reallıqlara da aydınlıq gətirir. “Bu gün mən sammitdə Qoşulmama hərəkatının sədri kimi iştirak edirəm. Lakin eyni zamanda bizim Ərəb Dövlətləri Liqasında üzv olan dövlətlərlə çox yaxşı münsibətlrimiz var. Əminəm ki, yaxın gləcəkdə də bizim əməkdaşlığımız artacaq, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri liqasına üzv olan dövlətlələ ikitərəfli əməkdaşlığa xüsusi önəm veririk.Biz aramızda olan qaşılıqlı həmrəyliyi yüksək qiymətləndiririk.”

       Beləliklə, prezident İlham Əliyevin BMT-nin baş katibi, Afrika İttifaqının sədri və İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə birlikdə Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən zirvə toplantısında iştirakı dövlət başçımıza olan hörmətin, eləcə də onun beynəxalq alımdə olan nüfuzunun ifadəsidir.

      Oktyabr ayı üçün dövlət başçımızın gərgin iş qrafikinə nəzər yetirsək görərik ki, onun ikitərəfli və çoxtərəfli əsasda keçirdiyi görüşlər Azərbycanın beynəlxalq əlaqələrinin gücləndirilməsində  müstəsna rol oynayacaq. Ona görə də birmənalı şəkildə demək olar ki, prezidentin yürütdüyü praqmatik və zamanla ayaqlaşan qətiyyətli siyasəti ölkəmizin müxtəlif siyasi qütblərdə güc mərkəzləri ilə barəbərhüquqlu əlaqələr qurmasında habelə muasir dövrün çağırışlarına adekvat cavab verməsində diplomatik uğurumuzu təmin edir.Əlcəzazir səfəri də bu uğurun növbəti istiqamətidir.

   Ərəb Dövlətləri Liqası 1945-ci ildə Qahirədə təsis edilibtərkibinə 22 dövlət daildir.Liqa siyasi məsələlərə xüsusi diqqət yetirir və yaxın Şərqdəki süih prosesində ərəb dövlətlərinin maraqlarını müdafiə edir.Rəsmi Bakı 2005 –ci ildə Ərəb Dövlətləri Liqası ilə anlaşma meamrandumu imzalayıb və bu liqada müşahidəçi statusuna malikdir.

      2004-cü ildə Ər-Riyadda keçirilmiş forum çərçivəsində qəbul olunmuş Ər-Riyad bəyənnaməsində keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT təhlükəsizlik şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi vurğulanmışdır. Lakin BMT-də olan ikili standartlar  30 il işğalçının bu tələblərdən yan keçməsinə imkan verdi.

    “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməlıri bir neçə gün ərzind icra olunur amma bizə gəldikdə bu qətnaməlır 30 il ərzində kağız üzərində qaldı.Bu ikili standartdır, bu yolverilməzdir,bu beynəlxalq hüququn norma və prinsipərinə, ölkələrin öhdəliklərinə slektiv yanaşamdır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkən bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhvə vermək üçün fəal şəkildə fəaliyyət göstərir”

       Prezident İlham Əliyev səfər çərçivəsində Əlcəzair şəhərində şəhidlər abidəsini və mücahidlər muzeyini ziyarət etmişdir. Tarixi faktlar göstərir ki, Azərbaycan və əlcəzair xalqını birləşdirən bir çox oxşar məqamlar var.

      Birinci məqam hər iki ölkə uzun müddət haqsız təcavüzə, ərazi itkisinə, soyqırıma, terrora və vandalizmə məruz qalıb. Fransa və Ermənistan tərfindən ərazisinə görə Afrikanın və Ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət verməyən Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müxtariyyət istəməsi ən böyük riyakarlıqdır.

     İkinci məqam Fransa ordusu öz azadlığını tələb edən Əlcəzairlilərə qarşı kütləvi qətliamlar, insanlıq əleyhinə çoxsaylı cinayətlər törətdi. Məsələn 1832-ci ildə  Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan El-Ufla qəbiləsinin üzvləri gecə yatdıqları yerdə qılıncdan keçirildi. Bu hadisənin bənzərini isə Azərbaycan xalqı 1992-ci ildə Xocalıda yaşadı.

   Üçüncü məqam 10 minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxdı. Fransa polisinin açdığı atəş və nümayişçiləri Sena çayına atması ilə 1500-ə qədər əlcəzairli qətlə yetirildi, minlərcə şəxs həbs olundu. Tarixə Sena qətliamı kimi daxil olan bu qətliam cinayətini Fransa hakimiyyəti bu günə qədər boynuna almır.Onların ənənəsini dvam etdirən Ermənistan da 1992-1993-cü illərdə Qaradağlıda, Ağdavanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycnalılara qarşı törədilən söyqırıma görə özünü təqsirli saymır, əksinə, bu cinayəti qəhrəmanlıq  kimi təqdim edir.

     Dördüncü məqam Ermənistanla Fransa siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşmadır. Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün İrəvan tərəfindən Yaxın Şərqdən və digər reionlardan erməni əsilli şəxslərin Azərbacan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma nəticəsində əhalinin bir milyonu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılardı.

   Beşinci məqam Fransanın insanlığa yaraşmayan daha bir hərəkəti Paris muzeylərində bu ölkənin müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünün nümayiş etdirilməsidir. Həmin sümüklərin 500-ü əlcəzairlilərə məxsus olduğu bildirilir. Bu gün də Azərbaycanın işğaldan azad olmuş ərazilrində də kütləvi məzarlıqlar, sketlər aşakarlanır.

    Memorial və muzeyləri ziyarət edən Prezident bildirdi ki, Fransa Əlcəzairə qarşı amansız davranmış bu da  1,5 milyon əlcəzairlinin həlak olması ilə nəticələnmişdir və bu faciləri daim anaraq Əlcəzir üçün əlimizdən gələni etməliyik.

      Bununla ölkə başçımız beynlxalq tribunadan Avropanın əsas ölkələrindən biri olan Fransanı və rəsmi Parisi  fatiki olaraq zorakılıqda, kütləvi qəddarlıqda və mina terrorunda konkret faktlarla, arqumentlərlə tənqid edir. Fransanın kolonial dövlər kimi iç üzünü açır.

   Azərbaycan prezidentinin 1 Noyabr İnqilab günündə Əlcəzair səfəri, səfərə yollanmazdan öncə isə Əlcəzair prezidentinə ünvanladığı təbrik məktubu, eləcə də Əlcəzair mücahidlər muzeyini ziyarət etməsi və və muzeyin xatirə kitabında Əlcəzair XDR–na ilk dəfə səfərə gəlməkdə və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Müczahidlər muzeyini ziyarət etməkdən şərəf hissi duyduğunu sözlərini yazması dünyadakı müstəmləkıçiyin, o cümlədən də Əlcəzairdə Fransa kolonializminin qurbanlarının xatirəsinə açıq ehtiramın ifadəsi idi.

 

Fərqanə Ağalarova,

YAP Nefçala rayon təşkilatı

Cəngən kənd Ərazi partiya təşkilatının sədr müavini