İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək.

2022-11-11 Baxış: 238
img

Belə ki, 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan Ordusu 30 ilə yaxındır ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin işğaldan azad edilməsi istiqamətində döyüşlərə başlamışdır. Həmin vaxt Ermənistanın hərbi təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları keçirilirdi.

Azərbaycan Ordusu münaqişə zamanı hər gün şəhər və kəndləri düşmən tapdağından azad edirdi. Döyüş meydanında Azərbaycanın tarixi ərazilərinə basqın edən, orada yaşayan azərbaycanlıları öz ata-baba yurdlarından didərgin salan düşməni darmadağın edildi. Düşmənin son döyüşçülərini öz ərazimizdən qovduq.

Hər gün uğur qazanmağa davam edən Azərbaycan hərbçiləri erməni qəsbkarlarını darmadağın edib ərazilərimizdən qovmaqla yanaşı, düşməndən götürdüyü silah-sursatdan da ermənilərin özlərinə qarşı istifadə etməyə başlayıb. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaət qarşı tərəfi heyrətə salmışdı. Nəticədə erməni qoşunları bu cür şücaətə tab gətirə bilmədiklərindən həm ordudan, həm də döyüş meydanından qaçmağa başladılar. Buna görə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusundan on minlərlə fərari var idi.

Döyüş əməliyyatlarının ilk günündə qoşunlarımızın bir çox yaşayış məntəqələrini işğaldan azad etməsi düşmənin şəxsi heyətini dəhşətə gətirib. Müxalif qüvvələr hər addımda məhv edilirdi və xilas ola biləcəkləri yeganə yol qaçmaq idi.

44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

 

Noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini azad etdikdən sonra düşmən faktiki məğlubiyyətə uğradı. Ermənistanın hərbi-siyasi rəhbərliyi uduzduqlarını etiraf edərək, həm insan sayı, həm də hərbi təchizat baxımından sayca çox az olduğunu anladıqdan sonra atəşkəs sazişini imzalamağa razılıq verdilər. Bununla da Prezident İlham Əliyev, Ali Baş Komandan Müzəffərin rəhbərlik etdiyi cəsur Azərbaycan Ordusu Ermənistanı təslim aktına imza atmağa məcbur etdi.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazanıb. Bu qələbə düşmənə verilə biləcək ən gözəl cavab idi.

"İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər". Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə bildirib.

Elşad Möhnətov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü