Azərbaycan mavi yanacaq təchizatçısı kimi

2022-11-23 Baxış: 235
img

Azərbaycan Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Avropanın enerji böhranının dərinləşməsi  Azərbaycan qazına marağı artırıb. Avropanın illik qaza olan tələbatı təxminən 500 milyard kubmetrdir. Bunun təxminən 200 milyard kubmetrini Rusiya təmin edirdi. Azərbaycan isə bu bazara yeni daxil olub. 2020-ci ilin yanvarın 1-dən etibarən biz ilk dəfə Avropaya qaz ixrac etməyə başlamışıq. Ondan əvvəl 2018-ci ildə Türkiyə və Gürcüstana (hər ikisi Avropa ölkəsidir) qaz ixrac ediridk. Azərbaycanın bu il Avropaya ötən illə müqayisədə təxminən 40% çox qaz ixrac edəcəyi gözlənilir. Türkiyə və Gürcüstan da daxil olmaqla bu göstərici 22 milyard kubmetr olacaq. Müqayisə üçün ötən ilin eyni dövründə bu rəqəm  8,5 milyard kubmetr olub. 2026-2027-ci illərə qədər bu rəqəmin 30 milyarddan çox olacağı (təxminən 31-32 milyard kubmetr) gözlənilir.

Qeyd etmək istərdim ki,  Azərbaycanın bəzi dövlətlərin istəyinə uyğun olmasa da, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi Azərbaycan Prezidentinin nüfuzu sayəsindədir. Artıq 3 ildir ki, Azərbaycan Prezidentinin nüfuzu durmadan artır. Cənab Prezidentin müharibəyə qədər daim sülh prosesini gözləməsi, bütün alternativ yollardan istifadə edərək məsələnin sülh yolu ilə həllinə çalışması, müharibə zamanı qazanılan uğur və bütün dövlət başçıları ilə birlikdə etibarlı tərəfdaşlıq etməsi onun nüfuzunu artıran amillərdir. Məhz bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. Eyni zamanda enerji sahəsində yürüdülən hazırkı siyasət gələcək tərəfdaşlara edilən yatırım kimi qiymətləndirilməlidir. Bundan sonra Azərbaycan qazını əldə etmək üçün daha çox ölkənin müraciət etməsi gözləniləndir.

Fəxriyyə Abdullayeva,

YAP Neftçala rayon tışkilatının fəal üzvü