Bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir.

2022-11-28 Baxış: 388
img

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın demokrtaik inkişaf yolu bu gün ölkəmizdə özünün ən yüksək mərhələsini yaşayır. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı və ardıcıl inkişaf xətti Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli dövlətə çevirib. Dövlətimizin başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi davranışları, özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfüzünü günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb. Həm regional və beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər Azərbaycan haqqında danışarkən ilk növbədə ölkəmizi sadiq tərəfdaş olaraq təqdir edir, əməkdaşlıqdan məmnunluq ifadə edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və keyfiyyətli xarici siyasət dövlətimizə, xalqımıza beynəlxalq səviyyədə müsbət imic qazandırıb. Bu, bilavasitə cənab İlham Əliyevin daim müdrik xalqının mənafeyindən, dövlət maraqlarından çıxış etməsi ilə sıx bağlıdır.

Azərbaycan əhəmiyyətli iqtisadi potensiala malik ölkə kimi diqqəti daha çox cəlb edib. Avropa və bir sıra digər dövlətlər əməkdaşlığı genişləndirərək və dərinləşdirərək Azərbaycanla iqtisadi əlaqələrini gücləndirməlidir. Son illər dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat artıb. Prezident İlham Əliyevin səmərəli enerji strategiyası ölkəmizi mühüm regional enerji qovşağı mövqeyinə yüksəldib. Bu sahədə ölkəmizlə işləmək istəyən dövlətlərin sayı durmadan artır. Azərbaycandan Avropaya qaz ixracı coğrafi baxımdan genişlənir. Avropanın əsas enerji təchizatçısı kimi Azərbaycan öz mövqeyini irəli aparır. Bir çox Avropa dövlətləri Cənub Qaz Dəhlizi rəsmi istifadəyə verilməzdən əvvəl ona qoşulmaqda maraqlı olduqlarını bildirdilər. Bunu etmək enerji təchizatı marşrutlarını və mənbələrini şaxələndirəcək və Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq. Cənub Qaz Dəhlizinin belə qollarından biri olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) artıq reallıqdır.

Azərbaycanın enerji planında neftlə yanaşı, qaz yataqlarının tamamlanması mühüm rol oynayır. Ölkəmiz 2,6 trilyon kubmetr qaz ehtiyatına malikdir və son bir neçə ildə dövlətimiz bu sənayenin etibarlı təchizatçısı kimi qəbul edilir. Cənub Qaz Dəhlizi Azərbaycanın zəngin enerji resurslarının dünyaya nəqlində həlledici əhəmiyyətə malik üç boru kəmərindən ibarət 3500 kilometrlik boru kəməri infrastrukturudur. İtaliyaya indi Trans-Adriatik (TAP) boru kəməri ilə çatır. Trans-Adriatik (TAP) 10 milyard kubmetr, Trans-Anadolu (TANAP) isə 16 milyard kubmetr ötürmə gücünə malikdir. Hazırkı məqsəd artan qaz tələbatını ödəmək üçün TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırmaqdır. Cənub Qaz Dəhlizinin ümumi ötürmə qabiliyyəti 31,5 milyard kubmetrə yüksələcək. Ölkəmizin ötən il istehsal etdiyi 43,9 milyard kubmetr mavi yanacağın 19 milyard kubmetri ixrac edilib. Ümumilikdə 8,5 milyard kubmetr təbii qaz ixrac edilib, qalan hissəsi isə Gürcüstan və Türkiyəyə göndərilib. Mavi qaz idxalını şaxələndirmək üçün Avropa daha çox ölkədən qaz almaqda maraqlıdır.

21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə YAP-nın  Sədri, Müzəffər Ali Baş komandan, İlham Əliyev çıxış etmişdir. O öz çıxışı zamanı bu məsələyə diqqət çəkmişdir.

Dövlət başçısı deyib ki, bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir: “Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin, - mən heç kimlə müqayisə aparmaq istəmirəm, - o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə ki, yox. Ona görə Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar bu imkanlardan faydalandılar, o cümlədən keçmiş məcburi köçkünlər. Məhz onlar Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir. Eyni zamanda, neft-qaz layihələrimiz bizim beynəlxalq mövqelərimizi də gücləndirdi. Çünki xüsusilə indiki şəraitdə, bugünkü gündə Azərbaycanın infrastrukturu, nəqliyyat, enerji infrastrukturu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki, geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır”.

Dilşad Əhmədova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü