Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz.

2022-12-01 Baxış: 310
img

“Dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.”- Bu fikirləri cənab İlham Əliyev Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən  beynəlxalq konfransda səsləndirib.

Nəticələrə  nəzər salsaq görərik ki, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu oldu, çünki bu görüşün yekun bəyanatında  Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Lakin sonrakı proseslər heç də ürəkaçan olmadı. Belə ki, Praqa görüşündən sonra Makron öz müsahibəsində Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirərək, absurd bir şəkildə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici qətnaməsi qəbul olundu. Fransa növbəti dəfə  Frankofoniya Sammitində bizə qarşı hücum etdi. Frankofoniya kimi  humanitar təsisatın sammitində  Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul etdirmək fikrinə düşdülər. Lakin bizə dost olan ölkələrin səyi nəticəsində bu qətnamə ləgv edildi. Bu günlərdə Fransa Milli Assambleyası daha bir anti-Azərbaycan qətnaməsi qəbul etdi. Bütün bunları nəzərə alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Fransanın hazırda həyata keçirdiyi siyasət, addığı addımlar, bəyanatları sülh prosesi üçün ən böyük təhlükədir. Azərbaycan prezidentinin bu mesajı verməsi heç də sülh danışıqlarından yayınma kimi qiymətləndirilmir, cənab İlham Əliyev kimi özünə və xalqına böyük hörmət edən bir siyasətçi tamamilə düzgün davranış nümayiş etdirmişdir.

Gülnar Hüseynova,

YAP Neftçala rayon təşkilatı

Bankə qəsəbə Ərazi partiya təşkilatının fəal üzvü