Azərbaycanofobiya və Türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir

2022-12-03 Baxış: 267
img

Fransız səyyahı qraf De Şole yazırdı: "Ermənilərin yoxsulluğunun və əzab-əziyyət çəkməsinin məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, onların haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim". Demək olar ki, Qafqaza yolu düşüb, ermənini tanıyıb bilən, görən hər bir səyyah, yazıçı, tarixçi, sərkərdə bu bədnam qonşularımız haqqında mənfi fikir söyləyiblər. Onları bədəməl, hiyləgər, kələkbaz, acgöz, tamahkar, fitnəkar, araqarışdıran, əxlaqsız, qorxaq adlandırıblar. 

    Ermənilər tərəfindən törədilmiş qətl hadisələrini, ağlagəlməz işgəncə növlərini araşdırarkən bu deyilənlərlə baş verən vəhşilik heç müqayisə olunmur. Daşnakların türklərə qarşı yeritdiyi vandalizmin həqiqətən analoqu yoxdur. Təkcə uşaqlarla bağlı, körpələrlə əlaqədar onların həyata keçirdikləri qətl hadisələrinin xronoloji ardıcıllığını nəzərdən keçirəndə adamın az qala ürəyi dayanır. İnanmaq istəmirsən ki, insan adlı bir varlıq bu dərəcədə qəddarlığın sahibi ola bilsin. 1918-ci ildə erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrinin əhalisini qılıncdan keçiriblər. Bu qanlı savaşda daşnaklar 1400 uşağı odda yandırıblar. 1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Həmin il Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər. 1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında işgəncə ilə 25 uşağın həyatına son qoyublar. Elə həmin ilin müxtəlif aylarında öz torpaqlarımızda yüzlərlə uşaq ermənilər tərəfindən min bir əzabla qətlə yetirildi. Rəqəmə fikir verin: təkcə Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub. Faktlarla üzləşdikcə dəhşətə gəlirsən. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib quduzlara tullamaq sanki erməninin adi məşğuliyyətidir. Qanlarına, canlarına hopan bu vəhşilik illərdir ki, davam etməkdədir. Biz Azərbaycanlılar  həmişə uşaqlarımızı nədənsə çəkindirmək, qorxutmaq üçün "Xortdan gəldi", "Div gəldi" demişik.  Ermənilər  isə öz "dığa"larını, "axçik"lərini evə çağıranda belə səsləyərdi: "Bax, türk gəldi ha, səni aparar". Erməni yazıçısı M.Şaginyan hələ sovet zamanında rəsmi toplantıların birində öz qaniçənlərinə kəskin tövsiyə vermişdi: "Dil açmamış uşaqlarınızın qulağına pıçıldayın ki, türk sənin düşmənindir"

          "Ermənilərin anası" adlandırılan Silva Kaputikyan da ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: "Sən türk öldürməkdən qürur duymalısan". Başqa bir şovinistləri Artunyan isə "türk öldürməyən erməni öz əli ilə özünü öldürsün", - deyirdi. Yazıçıları Zori Balayan "Ocaq" kitabı yazaraq erməniləri türklərə qarşı tükürpədici müharibəyə çağırırd. Uzun illər ermənilər bu kinlə böyüdülər  və Qarabağ münaqişəsi  də məhz onlar tərəfindən törədildi. Hal-hazırda da biz sülh mesajları verdikcə ermənilər hələ də müsbət cavab vermirlər. Çünki islamofobiya, tükofobiya və azərbaycanofobiya ilə böyümüş millətin nümayəndələridirlər.                         

Günay İbrahimova,

YAP Neftçala rayon təşkilatı

Xıllı - `1 Ərazi partiya təşkilatının fəal üzvü