İqtisadi əməkdaşlığın inkişaf dinamikası.

2022-12-16 Baxış: 240
img

Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə Görüşü iqtisadi əməkdaşlığın inkişaf dinamikasının yüksək səviyyədə olduğunu bir daha subut etdi.Prezident İlham Əliyevin Türkmənistana son rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə rəhbərliyi iki qardaş və dost xalq arasında tarixi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır və bu istiqamətdə müvafiq addımlar atacaqlar. Beynəlxalq münasibətlərin inkişafına böyük önəm verən Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşündə demişdir: “Apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamış, əməkdaşlıq, dostluq etmişlər”. Bugünkü tranzit və nəqliyyat problemlərinin çoxunu sənaye təkbaşına həll edə bilməyəcək. Ticarət məhdudiyyətləri və ondan irəli gələn logistik problemlər qlobal təchizat zəncirlərini sarsıdıb. Rusiyanın nəqliyyat infrastrukturundan istifadə imkanlarına qoyulan məhdudiyyətlər təchizat zəncirinin lokallaşdırılmasının əhəmiyyətli dərəcədə sürətlənməsinə səbəb olub.Kəsintilərə görə iri korporasiyalar alternativ təchizat mənbələri və alternativ nəqliyyat yolları axtarmağa başlayıblar. Regionda faktiki olaraq bütün müəssisələr yüksək nəqliyyat xərcləri ilə üzləşirlər, limanlarda, terminallarda və sərhəd keçidlərində sıxlıqlardan əziyyət çəkirlər. Beləliklə, bazarlara gedən ənənəvi marşrutlar indi daha bahalı və əmək tutumlu olub. Bu baxımdan, yeni sazişlər, müxtəlif sahələri əhatə edən irimiqyaslı plan və layihələr ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və bu, Mərkəzi Asiya və Qafqaz regionunda sülh və sabitliyin əsasını təşkil edən amilə çevriləcək.Hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb.Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir.Azərbaycan-Türkmənistan marşrutunun təhlükəsiz və əlverişlidir bu marşrutdan digər ölkələrin də istifadə edə biləcək.Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.Belə ki, təkcə 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb.Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur . Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Son zamanların geosiyasi hadisələri Azərbaycanı önəmli tranzit ölkəsinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri uğurla icra edir. Səfər çərçivəsində imzalanmış sənədləri və Memorandumu nəzərdən keçirərkən əminliklə demək olar ki, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur və bu əməkdaşlıq müasir infrastrukturun yaradılmasına xidmət edəcək.

 

Fərqanə Ağalarova,

YAP Neftçala rayon təşkilatı 

Cəngən kənd ərazi partiya təşkilatının sədr müavini