Erməni cinayətlərinin beynəlxalq etirafı

2022-12-16 Baxış: 293
img

Həm birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı ermənilərin beynəlxalq hüququn normalarını pozması, Azərbaycana qarşı bir çox cinayətlər törətməsi hər kəsə məlumdur. Buraya mülki əhalinin atəşə tutulması, soyqırımı hadisələri, qadağan olunmuş silahlardan istifadə və digər cinayətlər daxildir. Təəssüflə onu da qeyd etmək lazımdır ki, beynəlxalq qurumlar bu günə kimi bu cinayətlərə hüquqi qiymət vermək üçün heç bir ciddi addım atmayıb. Bu isə ermənilərdə arxayınlıq yaradıb, onları yeni cinayətlərə sövq edib. Nəticə isə göz qabağındadır. Artıq ermənilər özləri də bu cinayətləri etiraf etməyə başlayıblar.

ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb.Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.

Azərbaycan məsuliyyətli ölkədir. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.

Rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardır.

Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır.

Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi media əməkaşı olmaqla, üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib. Onun bu etirafları bir daha Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir.

 

Əlizadə Elvin

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri