Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

2022-12-19 Baxış: 208
img

Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.”- bunu dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündə Preziden İlham Əliyev bildirib. 

       Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilməklə yanaşı, dünya dövlətləri arasında söz, nüfuz sahibidir. Dinamik inkişafda olan ölkəmiz dünya miqyasında iqtisadi böhranların, ictimai-siyasi problemlərin mövcud olduğu şəraitdə inkişaf tempini qoruyub saxlayır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Belə ki, ökəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın mülki aviasiyası özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sərnişin və yük daşımalarının günün tələbləri səviyyəsinə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının   açılışı olmuşdur.  İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub. Tikintisi 2005-ci ildə başa çatdırılan Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yükboşaltma məntəqəsinə çevirmişdir. Bu gün Azərbaycan mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya təşkilatının standartlarına uyğundur. Mülki aviasiya sahəsində Azərbaycan artıq özünü təsdiqləyən bir ölkədir. İnanırıq ki, uğurlu keçmişi, inkişaf etmiş bu günü olan milli aviasiyanın gələcəyi daha da parlaq olacaq.

Rafət Tağıyev,

YAP Neftçala rayon təşkilatının fəal üzvü