Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur.

2022-12-20 Baxış: 239
img

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Əsas tələb budur ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.Vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası obyektiv xarakter daşıyır. Çünki ortada bir səbəb və ona uyğun da xoşagəlməz nəticə var. Bu səbəbdən də Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, vətəndaş cəmiyyətinin nümayiş etdirdiyi mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu gün Şuşa-Laçın yolunda baş verənlər Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir.Ermənistan tərəfi yenə də ənənəsinə uyğun olaraq qeyri-ciddi bəyanatları ilə  beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Guya Laçın yolunu azərbaycanlılar bağlayıb, bölgədə humanitar fəlakət yaşanır, etnik təmizlənmə həyata keçirilir. Bütün bu iddialar böhtan xarakterlidir. Reallıq budur ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri oğurlanan, talan edilən təbii sərvətlərimizin daşınmasının qarşısının alınmasını, haqqın, ədalətin bərpasını tələb  edir və bu  tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Ermənilərin apardıqları qərəzli, böhtan xarakterli təbliğatın əksinə olaraq reallıq ondan ibarətdir ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.Azərbaycan məsuliyyətli ölkədir və ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Ermənistanın narahatlığı və siyasi təxribatları isə yalnız bir məqsədə xidmət edir. Ermənistan anlamalıdır ki, öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Eləcə də Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir.Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan  üçün hüquqi məsuliyyət yaradır. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bu kimi faktların əksini tapdığı qətnamələr və hesabatlar saysızdır. Əsas olan onların kağız üzərində olması deyil, icrasıdır. Azərbaycanın dünyadan 28 il icrasını  gözlədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına həyata keçirməsi gücümüzün, qüdrətimizin təsdiqi olmaqla yanaşı, haqqın. ədalətin gec-tez qalib gəldiyinin nümayişi oldu.

Məmmədova  Aynurə, 

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini