Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir.
2022-12-26
Baxış: 349
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində
ölkə həyatının bütün istiqamətlərində, o cümlədən ordu quruculuğu sahəsində son
illərdə mühüm nailiyyətlər əldə olunub. Bu sırada dövlət başçısının Sərəncamı
ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti mühüm yer
tutur. Nazirliyin tabeliyinə verilən müəssislərdə qısa müddətdə yenidənqurma
işlərinin aparılması, son illərdə həmin müəssisələrin maşın və avadanlıq
parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son
texnoloji avadanlıqların alınıb quraşdırılması Ali Baş Komandanın bu sahənin
inkişafına verdiyi önəmi bir daha göstərir. İndiyədək bu müəssisələrdə müxtəlif
istehsal sahələri yaradılıb və bu sahələr Silahlı Qüvvələrin müasir tələblərə
cavab verən müdafiə təyinatlı məmulatlarla təmin olunmasına geniş imkanlar
açıb. Görülən işlərin nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya,
naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri
ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində
istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində
də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük
maraqla qarşılanır. Müdafiə Sənayesi Nazirliyi bu günədək 15-dən artıq beynəlxalq
sərgidə iştirak edib.
Son illərdə Azərbaycan Serbiya əlaqələrində dinamik inkişaf müşahidə
olunur.
Azərbaycanla Serbiya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin
yeni mərhələyə qədəm qoymasında və daha da inkişaf etdirilməsində Serbiya
Respublikası prezidenti Aleksadr Vuçiçin Azərbaycana rəsmi səfəri böyük rol
oynamışdır.Bu səfər iki dövlət arasında mühüm strateji tərəfdaşlığa doğru növbəti
addım olmaqla ölkələrin milli maraqlarına , xalqlarn dostluğuna xidmətə istiqamətləndirilib.Serbiya
prezidentinin Azərbaycana səfəri və səfər zamanı keçirilən əhəmiyyətli görüşlərdə
dövlət başçılarının, rəsmi dairələrin çıxışlarında səslənən fikirlər Azərbaycanın
humanist mövqeyini bir daha təsdiq edir.
Azərbaycan Prezidenti İlham
Əliyevin noyabr ayında Serbiyaya rəsmi səfəri, daha sonra Serbiya Respublikası
prezident Aleksandr Vuçiçin dekabr ayının 21-də ölkəmizə səfəri ikitərəfli
münasibətlərin bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə daha da
inkişafına böyük töhfə verib.
Ölkələrimiz arasında müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq
istiqamətləri içərisində xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə də hər iki ölkədə
potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların
atılması da gözlənilir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə
yerinə yetiriləcəyinə inanırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi
ilə əlaqədar müvafiq göstərişlər verilmişdir. Bundan sonra da ikitərəfli əlaqələr
sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra
olunacaqdır. Bu baxımdan onu da deməliyik ki, ölkələrimiz arasında vizasız
gediş-gəliş haqqında sazişin tezliklə qüvvəyə minməsi xalqlarımız arasında
turizmi və işgüzar əlaqələri gücləndirəcəkdir.
Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirlər
söyləmək olar. Bu baxımdan deməliyik ki,ikitərəfli əlaqələr dostluq və
qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Və bu prinsiplərı əsaslanaraq da inkişaf edəcəkdir.
Əziz Həziyev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18