Neftçalada avtomobil kollektora aşıb

2022-12-26 Baxış: 821
img

Neftçalada baş verən yol-nəqliyyat hadisəsində ər-arvad xəsarət alıb.

Hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı kollektora düşüb.

Qəza nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Haqverdiyev Tural Eldar oğlu və həyat yoldaşı Haqverdiyeva Leyla Əbülfəz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatıdırlıblar.

Fakt araşdırılır.