Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.
Dekabrın 24-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan
şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Görüş zamanı Ölkə başçısı çıxışı zamanı demişdir. Qarabağın və Şərqi Zəngəzurun
işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər
böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc
topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi
missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri
torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün
azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan
qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın,
bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa
yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni
xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb,
olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə
olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki,
Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi.
2020-ci ildə Vətən Müharibəsində biz öz tarixi
missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa edərək düşmənləri torpaqlarımızdan
qovduq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş
torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq.
Dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri
törədən sizin sevimli, uzun illərdi müdafiə etdiyiniz erməni xalqıdır.
Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqləmirdi.
İki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara
göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar
görürük. XX əsrdə ermənilərin törətdikləri nəticəsində xalqımızın çəkdiyi əzablar
haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti
deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq
öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. 1990-cı illərin
əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə
bildik. Qələbəmizdən sonrakı dövr üçün daha böyük hədəflərimiz var.
İnformasiyanın müasir dünya nizamındakı gücü bizə bir daha sübut olundu.
İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu məsələlərdə
daha çox diqqətli olmalıyıq. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti
xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir.
Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici
ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar
qurulmalıdır.
Şanlı zəfər tariximiz bir çox həqiqətləri öz məqamına
yetirməyə nail oldu. Ermənilərin işğal siyasəti nəticəsində
öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların doğma torpaqlarına geri
qayıtması da bu həqiqətlərdən biridir. Erməni işğalının nəticələrinin törətdiyi
fəsadları aradan qaldırmaq üçün yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti artıq
cari ilin avqust ayından Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Gün gələcək və
Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri
tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Xalqın tarixi yaddaşı
doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu gün Zəngilan rayonunun
Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, xüsusilə, uşaqlar, gənclər
onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən
sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan,
Sumqayıtdan gedənlər də az deyil.
Bibixanım Quliyeva,
YAP Neftçala rayon təşkilatının veteran üzvü
Digər xəbərlər