Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq

2022-12-29 Baxış: 232
img

"Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər", - bu fikirləri prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə səsləndirib. Doğrudanda cənab prezidentin təbirincə desək bu ədalətlidir, ona görə ədalətlidir ki, həmin ərazilər bizim ata-baba doğma torpaqlarımızdır biz haqqımız olanı almışıq. Öz gücümüzlə, ordumuzun şücaəti, Ali Baş komandanımızın sərkərdəlik məharəti, siyasi iradəsi ilə buna nail olmuşuq. Digər tərəfdən həqiqətəndə görünən budur ki, 44 günlük müharibədən ermənilər tam olaraq dərs götürməyiblər. Havadarlarının dəstəyi ilə yenidən baş qaldırmağa çalışırlar və o başı biz yenədə əzməyə, ona son ölümcül zərbəni endirməyə hazırıq. Bu zərbəni endirmək üçün isə bizə o yüksəkliklər lazım idi. Həm də ona görə ki, dəmir yumruq həmin yüksəkliklərdə dayanıb,  hər zaman ermənilərin başına enməyə əmr gözləsin. Ermənilər nə plan cızırlarsa cızsınlar biz öz işimizdəyik, biz Qarabağa qayıdırıq, Qərbi Azərbaycana qayıtmağa hazırlaşırıq.

Püruzə Mehtiyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü