Ermənistan silaha əbəs yerə vəsait ayırır.

2023-01-16 Baxış: 208
img

Mifologiyada yaşayan bir dövlətin vətəndaşları bədbəxtçiliyə məhkumdur. Çünki uydurma bir tarix, uydurma bir ideologiya ilə yaşayırlar. Bu Ermənistan dövlətinin yürütdüyü sərsəm bir siyasətdir. Xalqını uçuruma aparır Ermənistan bununla.

     Güclü ordu güclü iqtisadiyyata arxalanmalıdır. Əgər bir dövlətin gəliri öz xalqının  rifahına belə çatacaq şəkildə deyilsə, hansı güclü ordudan söhbət gedə bilər?! Ermənistanda vəziyyət məhz belədir. Xalqın vəziyyətini düşünməyən sərsəm bir dövlət öz cüzi gəlirini hərbiyə xərcləyir. Bununla da o dövlət elə ilk zərbəni öz vətəndaşına vurmuş olur. Xalqın çörəyini kəsib ordusuna xərcləyir. Narazı xalq, müflisləşmiş ordunun əsası ola bilməz. Çörəyi kəsilmiş xalqın əlinə silah verib uydurma bir ideologiya arxasınca göndərmək absurd bir siyasətdir. Bunu ancaq  Ermənistan kimi rəzil bir dövlət edə bilər.

     Ermənistan Azərbaycan deyil ki, güclü iqtisadiyyata və ağıllı rəhbərə malik ola. Ermənistan dövlət olaraq malik olduğunu yönəldə bilmədiyindən çökməyə, müflis olmağa vadar edildi və bunu öz əlləri ilə öz xalqlarına öz rəhbərləri etdi. Ermənistan ordusu xarici havadarlarından nə qədər dəstək alsalar da onlar Azərbaycan Ordusu ilə qarşılaşacaq durumda deyillər. Bunu regionda da,  beynəlxalq aləmdə də hamı bilir.

     Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yerli televiziya kanallarının jurnalistlərinə verdiyi müsahibə zamanı qeyd etdi ki: “ Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

     Prezidentimizin bu fikri düşmən tərəfə bir mesajdır. Düşmən tərəfin bizə təhdidi istənilən zaman, istənilən şəkildə qarşısı alınacaq, cavabı veriləcək. Təhdid haradan gəlir gəlsin, hətta Ermənistanın içindən gələrsə belə elə yerindəcə cavabı veriləcək. Prezidentin dediyi kimi məhv ediləcək. Azərbaycan ordusu buna qadirdir, bu gücə sahibdir. Çünki güclü orduya malikdir. Güclü ordu isə güclü iqtisadiyyatın göstəricisidir. Azərbaycanda bu siyasət qonşu düşmən dövlətin mifologiyasına bənzəmir. Həqiqi bir gücdən söhbət gedir, yenidən yaradılmış, qüvvətləndirilmiş, təşkilatlandırılmış bir ordudan, gücləndirilmiş bir iqtisadiyyatdan.

     Azərbaycan ordusunu gücləndirməklə bərabər dövlət rəhbərliyi xalqın sosial vəziyyətinin gücləndirilməsini də unutmur. Xalqın rifahının yüksəldilməsi istiqamətində geniş planda işlər görülür. Bütün bunlar ordunun möhkəmləndirilməsi ilə birgə aparır. Bunlarla yanaşı həm də Qarabağda geniş şəkildə bərpa işləri də aparılır. Eyni anda hərtəfli siyasət yürüdülür və bütün hallarda Azərbaycan xalqı, onun maraqları nəzərə alınır. Çünki bu əsl xalq dövlətidir, xalqın dövlətidir. Məhz belə bir siyasətdən dövlət -ordu-xalq birliyi yaranıb möhkəmlənə bilir. Güclü xalqdan güclü ordu yaranır. Əlbəttə ki, belə bir güclü xalqın güclü ordusunun qarşısında Ermənistan kimi dövlət dayana bilməz. Aydın məsələdir ki, Ermənistan silaha əbəs yerə vəsait xərcləyir. Ermənistan ordusuna nə qədər silahlar, texnikalar olsa belə, müttəfiqlərindən silah dilənsələr belə bu ordu Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Çünki Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyev kimi güclü bir sərkərdənin əlindədir. Düşmənin cavabını hər zaman verə biləcək Komandan.

     Düşməni məhv edəcək güclü ordunun və güclü rəhbərimizin olması Azərbaycan xalqının üstünlüyü və yüksəkliyidir. Bu üstünlüyümüz və yüksəkliyimiz əbədi olsun.

Şərəbanu Ağalarova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü