Əfsuslar olsun ki, Hindistan Ermənistana silah verməyə hazırlaşır

2023-01-16 Baxış: 164
img

"Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz!" bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.İstənilən halda,Azərbaycan dövləti regional layihələrdə, eyni zamanda gələcəkdəki iqtisadi kommunikasiya layihələrində Ermənistanla silah alverində olan ölkələrin addımlarını da müşahidə edəcək.Bu müşahidələrə uyğun da dövlətimiz addımlar atıb qərarlar verəcək.“Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında.Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar.Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır” - dövlət başçısı qeyd edib.Ölkə başçısının mesajında Ermənistanı silahlandırmaq istəyən ölkələrin hansı ölkələr olduğu aydın görsənir. Prezidentin mesajında Ermənistana silah satan ölkələrin hansı ölkələr olduğu aydın bəlli idi. Bundan əvvəl də dəfələrlə ölkə başçısı bir çox media qurumlarına verdiyi müsahibələrdə Ermənistana silah satan ölkələr barədə bəhs edib.Prezident yanvarın 10-da da yerli kanallara açıqlamasında Hindistanın Ermənistana silah satmağını qeyri-dost addım kimi qiymətləndirib. Ölkə başçısı bir daha göstərdi ki,Azərbaycan dövləti Ermənistana kimlərin silah satdığını yaxşı bilir.Azərbaycanın gələcəkdə bu ölkələrlə münasibətləri məhz Ermənistana silah satışı faktoruna görə o qədər də yüksək səviyyədə olmaya bilər.Eyni zamanda, Hindistandan başqa İranın və Rusiyanın da Ermənistanı silahla təmin etmək məsələsi gündəmdə olan bir məsələdir. Həmçinin Fransa vasitəsilə bir sıra lobbi qruplarının da Ermənistana silah daşıması bilinən bir məsələdir.Prezident vurğulayıb:"Biz lazımi tədbirləri görürük və Ermənistanın bizim üçün təhlükə yaratmasına heç vaxt imkan verə bilmərik".


Elçin Əsədov,


YAP Neftçala rayon təşkilatı


Ərazi partiya təşkilatının sədr müavini