Biz Ermənistanla məsələni həll etmişik.

2023-01-16 Baxış: 222
img

"Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlət başçısı qeyd edib ki, bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. “Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”. Cənab prezidentin fikirlərindən çıxış edərək qeyd etmək yerinə düşər ki, bəli Ermənistanla məsələni artıq həll etmişik. Sülh təklifləri verilib, sərhədlərin delimitasiyası keçirilməli və sülhə imza atılmalıdır. Çünki Ermənistanın başqa yolu yoxdur, nə də sülhün alternativi Ermənistan üçün heç də xoşagələn nəticələrə gətirib çıxarmayacaqdır. Bəzi xarici dövlətlər vardır ki, bunlara Ermənistanın havadarları da demək olar, bəlkədə havadardan  daha çox Ermənistanın “fətva” verənləri ifadəsi daha çox yaraşır onlara. Onlar da başa düşməlidirlər ki, müharibə artıq bitib, indi biz postmüharibə dövründə yaşayırıq və pz məkrli niyyətlərini işə salıb həvəslənməsinlər. Əks halda onlar Ermənistanın sonunu gətirəcəklər.

 

Ziyafət Hüseynov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü