Son illər həyata keçirilmiş işlər onu deməyə əsas verir ki, Ölkəmiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələri fəth edəcəkdir!

2023-01-19 Baxış: 211
img

16 yanvar 2022-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhəri Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi münasibətilə dünyanın dörd bir yanından öz qonaqlarını qəbul etdi. Bilirik ki, Birləşmiş Ərəb Əmirlikləri bu gün dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən biri hesab edilir. Həm Əmirlik, həm də Azərbaycan bir-birlərini dost, qardaş ölkə olaraq görürlər. Əlbəttə ki, hər iki Ölkənin Liderlərinin düzgün siyasətləri, qarşılıqlı şəxsi münasibətləri əlaqələrimizin bu səviyyəyə çatmasını şərtləndirib.  Əbu-Dabi şəhəri Dayanıqlılıq Həftəsində Ölkəmiz ən yüksək səviyyədə-Prezident səviyyəsində təmsil olunurdu. Məhz cənab Prezidentin Əmirlikdə ən yüksək səviyyədə qarşılanması qeyd etdiklərimizə bariz nümunədir. Möhtərəm Prezident İlham Əliyev mərasimdəki çıxışında hər iki ölkə arasındakı münasibətləri ən mükəmməl səviyyədə təsvir etdi: “Biz – Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik” deməklə Ölkə başçımız qarşı tərəfə olan rəğbətimizi nümayiş etdirdi.  Cənab İlham Əliyev Ölkəmizin enerji potensialından, gələcək məqsəd və prespektivlərdən bəhs edərək beynəlxalq platforma iştirakçılarında aydın təsəvvür formalaşdırdı. Bu gün Azərbaycan istehsal etdiyi enerjini yalnız öz ehtiyaclarına sərf etmir, biz artıq enerji ixrac edən ölkəyik. Azərbaycan artıq bir neçə ildir ki, nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qaz, neftkimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bu istiqamətdə günümüzün ən aktual məsələ və məqsədlərindən biri bərpaolunan enerji ilə bağlı proqramdır. Artıq tədiq olunub ki, Ölkəmizin bərpaolunan enerji potensialı çox şaxəli və böyükdür. Xüsusi olaraq qeyd etməliyik ki, artıq iki ildir ki, düşmən tapdağından azad edilmiş torpaqlarımızda böyük bərpaolunan enerji potensialı vardır. Bu gün həmin ərazilərdə həyata keçirilən meqa layihələrin kökündə bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi planları vardır. Bu istiqamətdə artıq əhəmiyyətli işlər görülüb və görülməkdədir. Ölkəmiz müasir sistenlərin qurulmasında dünyanın bu sahədə ən öndə gedən şirkətləri, təcrübəli ölkələri ilə iş birliyi qurur. Məhz Əmirliyin dünyaca məşhur  “Masdar” şirkəti ilə artıq rəsmi razılaşmalar əldə edilib. İnanırıq ki, “Masdar” ilə həyata keçirilən əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Həyata keçirilən layihələr nəticəsində əldə ediləcək enerjinin Avropa bazarına çıxarılması üçün Ölkəmizə yeni ixrac marşrutları lazımdır. Bu mənada ötən ay dekabrın 17- də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” imzalanmış Saziş ümumi məqsəd və planların tərkib hissəsidir. Bir sözlə Azərbaycanın bu gün gələcək üçün planları çox böyükdür. Son illər həyata keçirilmiş işlər onu deməyə əsas verir ki, Ölkəmiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələri fəth edəcəkdir.  

 

            Yasəmən Mənəfova;

            Neftçala rayon sakini, Şəhid anası