Yalan vədlərə əsaslanan seçki kompaniyaları uğura gətirib çıxarmayıb

2023-01-24 Baxış: 176
img

“Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var.”-bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı səsləndirib.

Tarixə nəzər saldıqda, ölkədə, eləcə də dünyada  baş verən ictimai-siyasi prosesləri təhlil etdikdə bu fikirlərin hər hərfinə qədər düzgün olduğunun şahidi olursan.  Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin ölkə rəhbəri seçilməsindən 20 il keçsə də, onun həyata keçirdiyi işlərin hər biri yüz illərə söykənəcək reallıqlar və danılmaz faktlardır. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və məhz bundan sonra ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımız yeni eraya qədəm qoydu. Bu, siyasi varislik missiyasının bariz və məntiqi nəticəsi idi. Prezident artıq iyirmi  ildir ki, müstəqil Azərbaycan Respublikasına uğurla rəhbərlik edir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.  Bu gün hər kəs tam əminliklə deyə bilər ki, Prezident İlham Əliyev öz fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib və qarşısında daha nəhəng məqsədlər qoymaqla bu işlərini genişləndirməkdədir. Belə ki, 20 illik müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Ən əsası isə İlham Əliyevin atdığı düzgün addımlar, düzgün zamanlama, düzgün strategiya bizi şanlı zəfərə apardı, bizi qalib xalq kimi bütün dünyada tanıtdı. 

Günay İbrahimova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü