Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır.

2023-01-24 Baxış: 182
img

Dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərlərinin qatıldığı ənənəvi Davos İqtisadi Forumu 50 ildən çoxdur  ki,keçirilir.2023-cü Davos İqtisadi Forumunda əsas müzakirə hədəfi postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.Forumda Azərbaycan Respublikasının Prezident İlham Əliyev də iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşmüş, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr vermişdir.Azərbaycan Respublikasının Prezzidenti cənab İlham Əliyev yanvar ayının 17-də Davosda Çinin Qıobal Television Network televiziya kanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb. Azərbaycan RespublikasınıPrezidenti cənab İlham Əliyev: “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Birlikdə beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var.Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.Perspektiv əməkdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Dövlətmizdə investisiya mühiti çox müsbətdir. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.Bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biri də enerji böhranıdır. Ölkəmiz strateji cəhətdən əksər ölkələrlə əməkdaşlıq edir. Azərbaycanın Dövlət başçısı Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcud olduğunu və bu səylər birləşdirilməsinin məqsədə uyğun olduğunu bildirib.Yaxın müddətdə Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə Azərbaycan üçün yox, həm də bütün region üçün çox əhəmiyyətlidir və böyük potensialı var.Dövlət başçısı  İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “ŞəfəqGünəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Ötən il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.Dövlət başçısı İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında bir daha bildirdi ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.  Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik.

 

Xanım Kərimova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini