Neftçalada tanınmış idmançı ilə görüş keçirilib.

2023-02-03 Baxış: 226
img
YAP Neftçala rayon təşkilatının inzibati binasında Neftçala rayonundan olan güləşçi, 2016-cı ildə hərbçilərin dünya çempionatında qızıl medal, 2019-cu ildə Buxarestdə və 2020-ci ildə Romada keçirilən Avropa çempionatında gümüş medal qazanan, hazırda güləş idman növü üzrə məşqçi kimi çalışan Ağahüseyn Mustafayevlə görüş keçirilib.
Rayon təşkilatının sədri Ülvi Fərzəliyev Yeni Azərbaycan Partiyasının üzvü olan idmançını salamladıqdan sonra ilk növbədə onu yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə idmanın inkişafında xidmətləri olduğu üçün cənab Prezident İlham Əliyev tərəfindən mükafatlandırılması münasibətilə və 2 Fevral Gənclər Günü münasibətilə təbrik etmişdir. Daha sonra görüş çay süfrəsi arxasında səmimi söhbətlə davam etmişdir.
Ağahüseyn Mustafayev də öz növbəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının üzvü olduğu üçün fəxr etdiyini, ona və ölkənin bütün idmançılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir. İdmançı həmçinin YAP Neftçala rayon təşkilatına da görüşü təşkil etdiyi üçün öz təşəkkürünü bildirmişdir.