Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

2023-02-07 Baxış: 191
img

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun çox fəal olduğunu və müzakirə olunan məsələlərin hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd etmişdir.

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirdiklərini bildirən ölkə rəhbəri, strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğunu və qarşılıqlı səfərlərin bunu bir daha göstərdiyini vurğulamışdır.Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artığını bildirən cənab Prezident, energetikanın təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələ olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı, iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edildiyini, keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisi olduğunu bildirmişdir. Dövlətimizin başçısı, Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı olduğunu, yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atıldığını, bunun çox strateji, böyük sərmayə tələb edən, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihə olduğunu vurğulamışdır. “Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var” fikirlərini diqqətə çatdırmışdır. Ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşına çevrildiyi qurumun yüksək səviyyəli rəsmiləri də vurğulayırlar.Azərbaycan Avropanın ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur. Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.

Pərviz Cavadov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri