SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir.

2023-02-09 Baxış: 220
img

Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı etmişdir. XXI əsrin ən böyük layihələrindən biri olaraq Cənub Qaz Dəhlizi ölkəmizin iqtisadi siyasətində xüsusi yer tutur. Dörd seqmentdən - “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına ev sahibliyi edirik. Ölkəmizin layihədə aparıcı rol oynadığını göstərən əsas amillərdən biridir.BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var. Uzun illər Azərbaycanla əməkdaşlıq edən BP şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir.Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və BP şirkətləri tərəfindən vaxtında, qrafikə uyğun olaraq,yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.Belə ki, BP şirkətinin Azərbaycan və SOCAR ilə münasibətləri çox sıx, səmimi və səmərəlidir, qarşılıqlı səylərlə
yaranmış əməkdaşlıq modeli ən yüksək səviyyədə inkişaf edir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 30 ilə yaxın, “Şahdəniz” layihəsinin 20 ildən artıq müddətdə uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi” üzrə 4 milyard bareldən artıq neftin çıxarılması bu davamlı və səmərəli münasibətlərin parlaq təzahürüdür. BP şirkəti, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı ölkəmizin bəyan etdiyi kimi, “yaşıl enerji” ərazisinə transformasiya etmək işinə xidmət edir. Bu işlər böyük potensiala malikdir.Çünki Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.Postmodernizm dövrünün əsas tələblərindən biri də dövlətlərin enerji təhlükəsizliyi məsələdir. Dövləti siyasətində bu məsələ xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə atılan addımlar Azərbaycana daha güclü gələcək vədd edir. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artmaqdadır. Bu səbəbdəndir ki, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir.Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər. SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir. Aparıcı maliyyə qurumlarının layihəyə maraq göstərməsi önəmlidir. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır.

Arif Bağırov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri