Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kompaniyasına start verilib.

2023-02-14 Baxış: 172
img

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasının böyük əhəmiyyəti vardır.Türkiyə Azərbaycan qardaşlığı, birliyi bütün dünya üçün nümunədir.Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev səfirliyi ziyarət edərkən matəm kitabında bu sözləri yazmışdır: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”. Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilir. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılır.Türkiyədə baş vermiş zəlzələdə dövlətimiz, Azərbaycan xalqı olaraq uşaqdan böyüyə hərkəs qardaş ölkə üçün dəstək nümayiş etdirərək birlik ətrafında birləşmişdir.Azərbaycancan gəncləri Heydər Əliyev fondunun təşəbbüsünə qoşularaq vətəndaşlıq borcunu yerinə yetirirlər.Dövlətimiz və xalqımız Türkiyənin yanındadır.

Elşad Tağıyev,

YAP Neftçala rayon təşkilatı,

Ərazi partiya təşkilatının sədr müavini