Perspektiv əməkdaşlıq istiqaməti

2023-03-13 Baxış: 189
img

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi.Əsası qoyulmuş bu siyasət bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir. Ölkə başçısı cənab Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında qeyd etdiyi kimi Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməkdir və Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.  Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir. Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Reformalar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir.

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərək qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdıran Prezident İlham Əliyev hədəfləri də müəyyənləşdirdi
Altıncı çağırış Milli Məclisin 10 mart 2020-ci ildə keçirilən ilk iclasında növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəblərindən bəhs edən Prezident İlham Əliyev yeni tərkibdə formalaşan parlamentin fəaliyyətini, islahatlar siyasətinin yeni tələblər baxımından davamını başlıca şərt kimi qarşıya qoymuş, siyasi sistemin təkmilləşdirilməsi işində deputatların mühüm rolunu qeyd etdi. Vurğulandı ki, ölkədə aparılan konseptual və struktur xarakteri daşıyan islahatlar Milli Məclisin qanunvericilik prinsipləri əsasında həyata keçirilməli, iqtisadi islahatların dərinləşməsinə töhfə verməli, qəbul olunan sənədlər milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası əsasında daha da təkmilləşməlidir. Əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğu ölkəmizdə yeni nəslin milli, vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət artırılmalıdır. Dövlət başçımızın xüsusi diqqət yetirdiyi əsas məsələ ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun daha da artırılması oldu. Vurğulandı ki, bəzi təşkilatların Azərbaycana qarşı əsassız ittihamlarına , ölkəmizin daxili və xarici siyasətinə müdaxilələrə qaşı barışmaz mövqe xalqın etimad göstərdiyi millət vəkillərinin başlıca vəzifələri olmalıdır. Özlərini demokratiyanın beşiyi hesab etsələr də dünyanın gözü qarşısında dinc aksiya iştirakçılarına qarşı zorakılıq hallarının artdığı, miqrantlara qeyri-insani münasibətlərin göstərildiyi Avropanın ikili standartlardan qaynaqlanan ədalətsizliyinə qarşı barışmaz mövqe göstərilməlidir. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməli, ölkəmiz bəşəri prinsiplər əsasında tərəqqi etməli, dini radikalizmə qarşı mübarizə gücləndirilməli, uğurlu xarici siyasətimiz ölkəmizin və xalqımızın maraqları, mənafeləri naminə inkişaf etdirilməlidir.
Azərbaycanın ərazi bütövlüyünün toxnulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrdə işğal faktı da, erməni silahlı birləşmələrinin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılması tələbləri də, qaçqınların öz əzəli torpaqlarına qayıtması da, bir sözlə, ədalətin bərpa olunması üçün nəzərdə tutulan bütün bəndlərin həlli üçün siyasi qətiyyət göstərən, diplomatiyada özünü təsdiqləmiş Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu sənədləri tarixin arxivinə göndərmək istəyən erməni təəssübkarlarının bütün cəhdləri iflasa uğradı.
Dünyada yaranan ərazi münaqişələrinin əsasında ikili standartların başlıca amil olduğunu bildirən Prezident İlham Əliyev dünya siyasətçiləri tərəfindən müasir dünya və Avropa tarixində ilk dəfə olaraq əməkdaşlıq və kollektiv təhlükəsizliyin yeni prinsiplərinin müəllifi kimi qəbul olunur. Türkiyə ilə münasibətlərini gücləndirərək bölgədə 3+3 formatının reallaşması üçün qətiyyət göstərən Azərbaycanın bu yolda əsas müttəfiqi qardaş ölkədir. İşğaldan azad edilən Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən Müttəfiqlik Bəyannaməsinin imzalanması bütünlükdə türk dünyasının möhkəmlənməsinə stimul verən tarixi addım, möhkəm bünövrə oldu. 30 il işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olana dəstək göstərən Türkiyənin dəstəyi ilə ermənipərəst dairələrin Azərbaycana münasibətdə düşmən hərəkətlərinin qarşısı alındı. Sevindirici haldır ki, bu dəstək və qarşılıqlı maraqlar naminə möhkəmlənən birlik Qarabağın və Şərqi Zəngəzurun bərpasında ən önəmli dəstəkdir. İşğaldan azad olunmuş ərazilərin bərpasında Türkiyə şirkətlərinin çoxluq təşkil etməsi qardaşlığımızın sarsılmazlıq simvoludur. İşğaldan azad olunmuş ərazilərdə Şuşa Bəyannaməsində nəzərdə tutulan quruculuq işlərinin, islahatların, gerçəkləşən layihələrin Azərbaycanın öz vəsaiti hesabına, heç kimdən yardım almadan reallaşması iki qardaş ölkənin müttəfiqlik münasibətlərinə sadiqliyidir.

Aytac İskəndərli,

YAP Neftçala rayon təşkilatının əməkdaşı