Ötən ilin iyunundan etibarən enerji təhlüksizliyi məsələlərində xeyli hadisələr baş verib

2023-03-14 Baxış: 205
img

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev öz çıxışında dünyanın bir sıra aktual məsələlərinə diqqət çəkdi. Bu aktual məsələlərdən biri də Avropanın üzləşdiyi enerji təhlükəsizliyinin təminatı məsələsidir. 

Ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanıb. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq. Ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında öz ərazimizdən Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb.

X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev xatırlatdı ki, ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Bu Saziş əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək və həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Nəticədə isə Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişib, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.

Ölkə başçısı diqqətə çatdırdı ki, IX Qlobal Bakı Forumundan ötən dövr ərzində Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Ölkəmiz yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası Xəzər dənizində Azərbaycanın külək enerjisi potensialı ilə bağlı yekun dəyərləndirməni başa çatdırıb və bu potensialın 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensial da əlavə edilə bilər. Bir sözlə, Azərbaycanın böyük həcmdə bərpaolunan enerji potensialı mövcuddur və bu potensialdan səmərəli istifadə edilməsi üçün planlı işlər həyata keçirlməyə başlanıb.

 

Arif  Bağırov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri