Neftçalada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan intellektual yarış keçirilib.

2023-03-16 Baxış: 371
img

"Heydər Əliyev İli" və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Neftçala rayonunun idarə, müəssisə və təşkilatları arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu formatında rayon birinciliyi keçirilib.

16 komandanın birincilik uğrunda mübarizə apardığı yarış hər turda 12 sual olmaqla, 3 turda təşkil olunub. Suallar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Qarabağ tarixini, eləcə də ümumi dünyagörüşünü əhatə edib.

Gərgin keçən mübarizənin yekununda SHXÇDX-nin Neftçala rayon şöbəsinin "Çağrı" komandası I yerdə, Neftçala rayon Statistika İdarəsinin "Statistiklər" komandası II yerdə, Neftçala şəhər 4 saylı tam orta məktəbin "Xarıbülbül" komandası isə III yerdə qərarlaşıb.

Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, birincilik Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.