Neftçalada "Heydər Əliyev Məktəbi" siyasi layihəsinin növbəti məşğələsi keçirilib.

2023-03-16 Baxış: 210
img

YAP Neftçala rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev Məktəbi" layihəsinin "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda  növbəti məşğələsi keçirilib.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev giriş nitqi ilə çıxış edərək layihənin növbəti mühazirəçisi Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin pilotu Mayor Sabir Nəsirovu iştirakçılara təqdim edərək onun hərb sahəsindəki uğurları və Vətən Müharibəsindəki şücaətləri haqqında məlumat vermişdir.

Mayor Sabir Nəsirov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Respublikasının Ordu quruculuğundakı misilsiz xidmətləri barədə iştirakçılara məlumat vermiş,  müasir hərb elminin bütün tələblərinə cavab verən Azərbaycan Ordusunun Ümummilli Lider Heydər Əliyevin başladığı və Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasətin nəticəsində gündən-günə möhkəmləndiyini qeyd etmişdir. Mayor Sabir Nəsirov həmçinin Rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsindəki döyüş yolundan və Hərbi Hava Qüvvələrinin qazandığı uğurlardan bəhs etmişdir.

Sonra Mayor Sabir Nəsirov dinləyicilərin ünvanladığı sualları cavablandırmış,  mühazirə ətrafında müzakirələr aparılmışdır.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş üzvlərin vəsiqələri təqdim olunmuş və xatirə şəkli çəkdirmişdir.

Qeyd edək ki, Mayor Sabir Nəsirov Neftçala rayonunun Beştalı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə ", " Suqovuşanın azad olunmasına görə " və "Şücaətə görə" medalları ilə təltif olunub.