Su anbarlarında sayğacların olmaması və fermerlər arasında su bölgüsünün ədalətsiz olması kimi problemlər uzun müddət yaşanırdı

2023-03-23 Baxış: 204
img
Respublika ərazisinin çox hissəsini quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılmışdır. Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları ("Mingəçevir", "Şəmkir", "Araz su qovşağı", "Sərsəng") kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyə irriqasiya məqsədi ilə tikilmişdir.
 Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində Almaniyanın aparıcı şirkətləri ilə görüş zamanı bir çox məsələlərə toxunaraq bildirmişdi ki, "Su anbarlarında sayğacların olmaması və fermerlər arasında su bölgüsünün ədalətsiz olması kimi problemlər uzun müddət yaşanırdı. Bu sahədə keyfiyyətsiz idarəçilik və pozuntular var idi. İndi isə biz bu işlə məşğul olan xüsusi hökumət komissiyası yaratmışıq. Anbarların monitorinqi gündəlik həyata keçirilir. Sudan istifadədə müasir texnologiya tətbiq etməliyik, çünki dediyim kimi, son 5-6 ildir ki, bizdə quraqlıq müşahidə edilir".
"Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub" deyə dövlət başçısı qeyd etmişdir.
Kainat Qurbanov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü