Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur.

2023-03-24 Baxış: 230
img

Azərbaycanla Almaniya arasında bütün sahələrdə əlaqələr qurulub. İki ölkə arasında qarşılıqlı münasibətlər ildən-ilə inkişaf etməkdədir. İkitərəfli əlaqələrin möhkəmlənməsində iqtisadi əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edir. Bu baxımdan martın 13-də Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü diqqət çəkir. Bu vacib müzakirəyə bir çox alman şirkətləri qoşulub. Görüşdə müxtəlif sektorları təmsil edən otuza yaxın şirkətin nümayəndələri toplaşıblar. Prezident İlham Əliyev öz fikirlərini və konkret təkliflərə dair reaksiyasını bildirib: “Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur. Birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir”. Bütün alman biznes cəmiyyəti bu səmimi görüşdən məmnun olub. Çıxışılarından da göründüyü kimi, onlar Azərbaycan və alman sahibkarları arasında iqtisadi əməkdaşlıq haqqında aparılan bu müzakirəni özlərinə şərəf biliblər. Müzakirələr konkret layihələr haqqında daha konkret səpkidə aparılıb. İki ölkə arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər təşkil edilir. Azərbaycanın biznes imkanlarının təşviq olunması məqsədilə Almaniyada biznes forumlar keçirilib. Həmçinin Azərbaycanın iqtisadi potensialının Almaniyada təşviq olunması üçün ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə də iştirak edir. Bu da Azərbaycanla Almaniya arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir. Cənab Prezidentin Almaniyaya son səfəri və keçirdiyi mühüm görüşlər iki ölkə arasında iqtisadi münasibətləri yeni mərhələyə qaldıracaq.

 

         Aqşin Hüseynli,

         YAP Neftçala rayon təşkilatı

         Ərazi partiya təşkilatının sədri.