Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır

2023-03-24 Baxış: 259
img

Türkiyədə baş verən təbii fəlakətdən sonra başda Azərbaycan olmaqla, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, həmçinin Şimali Kipr Türk Respublikası Türkiyənin yardımına yetişdi, çıxış yolları ilə bağlı təşəbbüslərlə çıxış etdi. Zəlzələdən sonra ən mühüm təşəbbüslərdən birini Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.Ölkə başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini təklif edib. Bu təklif Türk dövlətlərinin zəlzələlənin nəticələrinin aradan qaldırılmasının müzakirəsi baxımından çox effektiv idi. Bu səbəbdən Azərbaycan liderinin təşəbbüsü Təşkilat üzvləri tərəfindən yektilliklə qəbul olundu.

Cənab Prezident İlham Əliyev türk dövlətlərinin zirvə toplantısında çıxışı zamanı bildirib: “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Dünyada elə bir məkan, elə dövr yoxdur ki, orada türk izi olmasın. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”.

Prezident İlham Əliyev türkdilli dövlətlər arasında münasibətlərin dərinləşməsində, təşkilatlanmasında, həmrəylik nümayiş etdirilməsində əhəmiyyətli işlər görür. Bu gün qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı (TDT) regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları yüksəlməkdədir.Azərbaycan Türkiyə ilə  birliyini nümayiş etdirməklə  dostları qürurlandırır, düşmənlərə  isə   göz dağı verərək vahimələndirir.  Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni  və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir. Bu gün dünya bir daha Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq münasibətlərinin sönməz, əbədi olduğunun şahidi oldu və heç şübhəsiz ki, bu birlik dosta sevinc, düşmənə göz dağıdır!

 

Oktay Kərimov, 

YAP Neftçala rayon təşkilatının veteran üzvü