Nadir və misli görünməmiş yenidənqurma modeli.

2023-03-28 Baxış: 201
img

Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurda nadir və misli görünməmiş yenidənqurma modeli tətbiq edir."2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misli görünməmiş bir yenidənqurma modelidir".Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə bu fikirləri səsləndirən İlham Əliyev hər kəsin diqqətinə çatdırıb ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük qayıdış" proqramının icrasına başlanılıb.İqtisadi imkanları güclənən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa, yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirir, həyat qaynamağa başlayır.Prezident İlham Əliyevin tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzurun "yaşıl inkişaf" konsepsiyası üzərində bərpası, "ağıllı kənd", "ağıllı şəhər"lərin yaradılması ümumilikdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirir. 30 ildə daşı daş üstündə qoymayan ermənilər də şahidlik edirlər ki, İlham Əliyev bu torpaqlarda möcüzələr yaradır.Azərbaycanın öz əzəli torpaqlarında gördüyü möhtəşəm işlər göz qabağındadır. Bunu Qarabağa, Şərqi Zəngəzura səfər edən xarici qonaqlar da təsdiqləyirlər. İki il ərzində müxtəlif vaxtlarda həmin ərazilərə baş çəkənlər dəyişiklikləri, həyata keçirilən işləri gördükcə təəccüblərini gizlədə bilmirlər. Belə qısa zamanda dövlətimizin ermənilər tərəfindən viran qoyulmuş ərazilərimizi necə cənnətməkana çevirdiyini görüb bu heyrəti gizlətmək mümkün də deyil.Göründüyü kimi, Qarabağı 44 günə "dəmir yumruq"la düşməndən təmizləyən Ali Baş Komandan indi dəmir iradə ilə 30 il ərzində viran qoyulan yurd yerlərimizi yenidən qurur, keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qaytarılması üçün kompleks tədbirlər görür. 

Bahar Məcidova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini