Neftçala rayon İcra hakimiyyətinin başçısı səyyar qəbul-görüş keçirmişdir.

2019-05-01 Baxış: 1932
img

01.05.2019.

Neftçala şəhəri köhnə məhəllədə səyyar qəbul-görüş keçirilmişdir


01 may 2019-cu il tarixdə Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər köhnə məhəllədə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri  və şəhər sakinləri iştirak etmişdir.
    Rayon İcra Hakimiyyətinin başçısı cənab  İsmayıl Vəliyev çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər  barədə şəhər sakinlərinə məlumat vermişdir.
 
MAYAKİNFO  xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq vermişdir.. Bir sıra məsələlər isə yerində həll olunmuşdur.
  Şəhər sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.