Prinsipial mövqe

2023-04-25 Baxış: 170
img

18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Prinsipial mövqeyə toxunan prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Separatçılar bilməlidirlər ki, onların iki seçimi var, ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan qovmuşuq. Onlar qaçıblar, Xankəndiyə və başqa bir yerə gələ bilmirlər. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Dövlətimizin başçısı müsahibəsində qeyd etdiyi kimi, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar.Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türk dünyasının hər bir övladı Cansu və Qəmzə kimi olmalıdır. Türkiyənin idmançıları Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana,həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır.

 

Abdiyev Şahin,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri