Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir.

2023-04-26 Baxış: 175
img

Sahibkarlığa dövlət tərəfindən maddi və hüquqi dəstək yaradılmış, kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi təmin edilmişdir. Sahibkarlığın bazar infrastrukturunun yaradılması sahəsində respublikada ilk sənaye şəhərciyinin, biznes mərkəzlər şəbəkəsinin yaradılması üzrə tədbirlər həyata keçirilməkdədir. Bunun nəticəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri təkmilləşmiş,qanunsuz müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət,informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir. Ulu Öndər Heydər Əliyev daima xüsusi vurğulayıdı ki, Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir: “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir. ” Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu güclü iqtisadiyyat nəticəsində Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Eyni zamanda azərbaycanlı iş adamları müxtəlif ölklərdə öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.

         Şirəliyev Vurğun,

         YAP Neftçala rayon təşkilatı

         Ərazi partiya təşkilatının sədri