" Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir."

2023-04-26 Baxış: 162
img

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.

Kifayət qədər mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən uzaqgörən siyasət və gərgin fəaliyyət nəticəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanı təmin etmişdir. Ulu öndərin gərgin zəhməti, uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqil iqtisadiyyat formalaşmış, Azərbaycanın öz suveren iqtisadi siyasətini həyata keçirməsi üçün ilk növbədə neft-qaz sektoru inkişaf etdirilmiş, xarici investorlar Azərbaycana cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Neft-qaz sektorunun sürətli tərəqqisi digər sahələrin inkişafına da ciddi təkan vermişdir. Makroiqtisadi sabitliyə nail olunması fonunda isə həyata keçirilən sürətli islahatlar Azərbaycanın qarşısında tamamilə yeni inkişaf mərhələsi açmışdır. Xüsusən də aqrar sahənin bazar iqtisadiyyatına məxsus prinsiplər əsasında yenidən qurulması, bu sahədə dövlət mülkiyyətinin özəlləşdirilərək əhaliyə paylanması, həyata keçirilən struktur dəyişiklikləri kənd təsərrüfatının yenidən canlanmasına, sürətli tərəqqisinə, istehsalın həcminin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olmuşdur.  Ulu Önər Heydər Əliyev 30 sentyabr 1999-cu ildə Bakıda Binə Beynəlxalq Aerovağzalının yeni kompleksinin açılış mərasimindəki nitqində vurğuladı ki, “Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir”. 

 

Azərbaycanın hazırkı dinamik inkişafı deməyə əsas verir ki, Ulu Öndərin modernləşmə strategiyasının gerçəkləşdirilməsi üçün təməlini qoyduğu islahatlar Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət isə yeni əsrdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına sürətlə daxil olmasını təmin etmək məqsədinə hesablanmışdır. Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir.

 

Əliheydər Qarayev,

YAP Neftçala rayon təşkilatının fəal üzvü