Neftçala rayonunda “Heydər Əliyev İli” və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə musiqili konsert proqramı keçirilib.

2023-05-01 Baxış: 452
img
Neftçala rayon İcra Hakimiyyəti, YAP Neftçala rayon təşkilatı, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın zəngin həyatı, fəaliyyəti, xalqımız qarşısında əvəzsiz xidmətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları musiqili konsertlə davam edib.
Sonda YAP Neftçala rayon təşkilatı tərəfindən məktəbin bir qrup əməkdaşı fəxri fərmanlarla təltif olunub, respublikada uğur qazanmış şagirdləri isə hədiyyələrlə mükafatlandırılıblar.