Müharibə illərində vətənpərvərlik mövzusunda yazılmış Azərbaycan bəstəkarlarının əsərləri

2023-05-08 Baxış: 296
img

1941-ci ilin İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər.1941-1945-ci illər Böyük vətən müharibənin ilk günlərindən səfərbərliklə əlaqədar keçirilən mitinq və yığıncaqlarda alovlu nitqlərlə çıxış edən yazıçılar faşizmin mahiyyətini başa salır, onların törətdikləri vəhşilikləri göstərərək xalqı mübarizəyə çağırırdılar. Qafqaz uğrunda gedən gərgin döyüşlərdə – 1942-ci ilin payızında S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, M.Hüseyn, Z.Xəlil, Məmməd Əkbər, Ə.Məmmədxanlı döyüşçülərlə birgə idilər. M.Rahim, S.Rüstəm, O.Sarıvəlli, Z.Xəlil, T.Əyyubov və başqaları uzun müddət cənub cəbhəsində – Sevastopol və Kerç müdafiəçilərinin yanında oldular.Müharibə illərində bəstəkarların amansız mübarizəyə səsləyən və vətənpərvərlik mövzusunda yazılan əsərləri arxa və ön cəbhənin yaxın dostuna çevrildi. Ü.Hacıbəyovun Nizaminin mətninə yazdığı və qələbəyə həsr etdiyi “Sənsiz”, “Sevgili canan”, Ə.Bədəlbəylinin B.Zeydmanla birgə yazdığı “Xalqın qəzəbi”, Niyazinin “Xosrov və Şirin” operası, “Döyüşdə” simfonik əsəri, S.Rüstəmovun “Cəbhə eşqi” əsəri, “Cəbhəyə”, “İrəli”, “Qəzəl”, “Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın “Cəngi”, “Vətən nəğməsi”, “Dilbərim”, “Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir. Müharibə illərində Moskva konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəstələdiyi “Vətən operası” əsəri 1946-cı ildə Dövlət mükafatına layiq görüldü.Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib.

Zülfəli Muradov,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədri